
"Təəssüf ki, matçı izləyə bilmədim. Sadəcə, nəticəsini öyrəndim".
Sportinfo.az xəbər verir ki, bu fikirləri "report"a açıqlamasında "Sabah"ın Müşahidə Şurasının üzvü İqor Ponomaryov komandanın Azərbaycan Kubokunun 1/8 final mərhələsində I Divizion təmsilçisi "Kəpəz"ə evdə 1:2 hesabı ilə uduzduğu oyun barədə danışarkən deyib.
Veteran futbolçu görüşün nəticəsinin məyusedici olduğunu bildirib: "Komandanın məğlubiyyətinin səbəbləri barədə danışa bilmərəm. Bu oyun artıq geridə qaldı. Nəticə çıxarmaq və irəliyə baxmaq lazımdır".
Ponomaryov hər hansı dəyişikliyin vacibliyi barədə danışmağın tutduğu vəzifə baxımından etik olmadığını vurğulayıb: "Hər gün komanda ilə işləyən insanlar var. Düşünürəm ki, bunu onlardan soruşmaq lazımdır".
"Sabah"ı mübarizədən kənarlaşdıran "Kəpəz" 1/4 finalda "Keşlə" ilə qarşılaşacaq.