Klub rəhbəri əsəblərini qoruya bilmədi, uzaqlaşdırıldı - ŞİDDƏTLİ ETİRAZ!

17 Aprel 2025 14:00 Region Liqası 1 459
Klub rəhbəri əsəblərini qoruya bilmədi, uzaqlaşdırıldı - ŞİDDƏTLİ ETİRAZ!

Region Liqasının 6-cı turunda keçirilən “Zəfər 44” – “Masallı” oyununda xoşagəlməz hadisə yaşanıb.

Sportinfo.az xəbər verir ki, qonaq komandanın rəhbəri Mirələm Həşimov qarşılaşmanın 88-ci dəqiqəsində hakimə şiddətli etiraz edib.

AFFA-nın İntizam Komitəsi onun bu hərəkətini müzakirə edib. Qurum klub rəhbərini cəzalandırmağa qərar verib.

Şiddətli etiraza görə qırmızı vərəqə ilə texniki zonadan kənarlaşdırılan Həşimov 2 matçlıq diskvalifikasiya alıb.

Digər Xəbərlər
Xəbər Lenti
17 Sentyabr 18:10 Çək və bizə göndər!
17 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
17 Sentyabr 04:40 "Gəncə" “Ordu"ya uduzdu