COP29

Azərbaycanlı baş məşqçi sarğını qoluna taxdı, meydana çıxdı – Niyə belə etdi?

4 İyun 16:40 Region Liqası 1 086
Azərbaycanlı baş məşqçi sarğını qoluna taxdı, meydana çıxdı – Niyə belə etdi?

Azərbaycan II Liqasını 13-cü pillədə başa vuran “Şəfa” AFFA Region Liqasının ikincisi “Hypers”lə üz-üzə gəlib.

II Liqada mübarizə aparmaq uğrunda baş tutan ilk pley-off matçında “Səfa” və “Hypers” kollektivləri qarşılaşıb.

“ASCO Arena”da keçirilən və 250 azarkeşin canlı izlədiyi oyunda “hiperlər” 2:0 hesabı ilə qalib gəlib.

Matçda ən maraqlı məqam Vüqar Nadirovun meydana çıxması olub. Klubun təsisçisi, eləcə də komandanın baş məşqçisi olan ötənlərin məşhur futbolçusu həlledici məqamda meydanda olmağı qərara alıb.

Nadirov “Hypers”i kapitan olaraq meydana çıxarıb və 89 dəqiqə mübarizə aparıb.

Azərbaycan millisinin sabiq hücumçusu meydana sürpriz dönüşü ilə bağlı Sportinfo.az-a bunları deyib:

“Sonuncu dəfə böyük futbolu 2019-cu ildə oynamışdım. O vaxt “Səbail”in heyətində idim.

Açığı, futbol üçün çox darıxmışdım. 5 ildir bu səviyyədə oynamırdım.

Buna baxmayaraq, sürət, qaçış, qapıya zərbələr hamısı yerindəydi. Təbii, müəyyən ağrılar olurdu, bu da normaldır.

Ümumilikdə ciddi narahatlığım olmadı. Fikrimcə, meydana çıxmağım komandamız üçün motivasiya oldu.

Hər halda mən belə düşünürəm. Final oyunundan sonra komandada bir az üzgünlük var idi.

Kuboku götürmək, medalları qazanmaq istəyirdik. “Şəfa”yla ilk matçda qələbə qazandıq, cavab görüşündə də sevinən tərəf olmaq istəyirik”.

Komandalar arasındakı cavab dueli iyunun 5-də keçiriləcək.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti