"Neftçi" və "Xəzər Lənkəran"ın futbolçuları debütantı seçdi - FOTOLAR

10 Noyabr 2022 09:40 Region Liqası 1 138
"Neftçi" və "Xəzər Lənkəran"ın futbolçuları debütantı seçdi - FOTOLAR

Yeni fəaliyyətə başlayan «Lerik» daha 5 transferini reallaşdırıb.

Region Liqasının debütantı Nurlan Əmirzadəni sıralarına qatıb.

Hücumçu bundan əvvəl «Neftçi», «Xəzər Lənkəran» və «Xan Lənkəran»da çıxış edib.

Mətləb Əskərli də forvarddır. «Xəzər Lənkəran», «Karvan» və «Lankaran City» FC (Moskva) kimi komandaların heyətində tər töküb..

Asəf Həşimov müdafiəçidir, «Neftçi», «Muğan», «Masallı»da forma geyinib.

Komandanın qapısını qoruyacaq Elmar Mustafayev daa əvvəl «Xəzər Lənkəran» və «Xan Lənkəran»da özünü sınayıb.

Yeni transferlərdən ən tanınmışı Kamran Abdullazadədir. «Xəzər Lənkəran»ın yetirməsi olan yarımmüdafiəçi MOİK, «Sumqayıt», «Kəpəz» və «Bakı Siti»də də bəxtini yoxlayıb. Ötən mövsümü «Xan Lənkəran»da keçirib.

Cənub zonasının iştirakçısı daha əvvəl Qazaxıstanda - «Kaysar»da çıxış etmiş Fahil Dostiyevi düşərgəsinə gətirib. O, yarımmüdafiə xəttini gücləndirməlidir.

Ötən mövsüm «Səbail»in əvəzedici komandasının formasını geyinmiş hücumçu Fərid Şiriyev də cənub təmsilçisinin sıralarına qoşulub.

Müdafiəçi Əli Şabanov bundan öncə “Xəzər Lənkəran”, “Xan Lənkəran” kimi komandaların şərəfini qoruyub. Yarımmüdafiəçi Vadim Kərimzadə “Xəzər Lənkəran”, “Dinamo” və “Xan Lənkəran”da özünü göstərib.

Yenilərdən Ayaz Məmmədli qapıçıdır. “Xəzər Lənkəran”, “Tufan”, “Neftçi”, “Sabah” və MOİK-də sınaqdan keçib.

Keçən sezon "Xan Lənkəran"ın heyətində Region Liqasının ən məhsuldar hücumçularından biri olan Zaur Nuruzadə də «Lerik»in yolunu tutub.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
10 İyul 16:10 Çək və bizə göndər!