Bu rayonda yaradılan kənd komandası Region Liqasında - FOTOLAR

8 Sentyabr 2022 15:00 Region Liqası 2 187
Bu rayonda yaradılan kənd komandası Region Liqasında - FOTOLAR

Region Liqasınının növbəti mövsümündə iştirak edəcək komandalar arasına yeni ad əlavə olunub.

Bu, “Qarxun“FK-dır.

Yevlax rayonunun Aşağı Qarxun kəndinin eyniadlı təmsilçisi ilk dəfə bu çempionatda mübarizə aparmaq üçün AFFA-da qeydiyyatdan keçib.

“Qarxun“ Yevlaxın kənd və qəsəbələri arasında keçirilən birinciliyinin qalibi olub.

Hələ sovet dönəmində bu kəndin həvəskarlardan ibarət futbol komandası rayon kəndləri arasından futbol yarışlarında uğurlar əldə edib, “Sevinc” kuboku turnirində birinci yerə sahib çıxıb.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”
23 Aprel 16:30 Çək və bizə göndər!