ŞOK! Azərbaycanda yeni yaranan klub dağılır – Prezident bu xəbəri “Sportinfo”ya açıqladı

31 May 2022 16:00 Region Liqası 2 805
ŞOK! Azərbaycanda yeni yaranan klub dağılır – Prezident  bu xəbəri “Sportinfo”ya açıqladı

“Vəziyyət həddindən artıq gərgindir.

Sıfırdan yeni komanda formalaşdırmalıyıq. Qaydalar işimizi çətinə salıb”.

“Cəbrayıl”ın prezidenti və baş məşqçisi Cavid Hüseynov UEFA Region Kubokunun startı öncəsi Sportinfo.az-a danışıb.

Turnirin qaydalarına görə məlum yarışda iştirak edən komandaların heyətində nə vaxtsa peşəkar statusla top dalınca qaçmış futbolçu(lar) çıxış edə bilməz.

Halbuki Hüseynov bir neçə gün saytımıza açıqlamasında güclü komandaya sahib olacaqlarını, “Xan Lənkəran”ın bir neçə futbolçusunu UEFA Region Kubokuna cəlb edəcəklərini demişdi.

Amma indi elə durum yaranıb ki, “Cəbrayıl” hətta Region Liqasının qalibi olmuş futbolçularını beynəlxalq yarışda oynatmaqdan məhrumdur. Çünki hamısı nəvaxtsa peşəkar müqaviləyə imza atıb ki, bu da turnirin prinsiplərinə ziddir.

Cavid bəy qısa zamanda nə edəcəklərini bilmir:

“Ən qısa zamanda komandaya həvəskar statuslu 20 futbolçu cəlb etməliyik. Belə deyim, beynəlxalq yarış üçün 20 gün ərzində sıfırdan komanda yığmalıyıq.

Komandanı birtəhər formalaşdırmaq olar, amma oyun gününə kimi tam hazır etmək...UEFA Region Kubokunda Region Liqasını qazanan komandadan əsər-əlamət qalmayacaq.

Hamısı yeni futbolçular olacaq. “Xan Lənkəran”dan futbolçular götürəcəyik. Artıq 4-nün adını bildirmişik. Ancaq yenə də bacarıqlı futbolçulara ehtiyacımız var.

Acınacaqlı duruma düşmüşük. Yəqin ki, hamı bizi başa düşər. 20 gün ərzində yığılan komanda ilə ortaya yaxşı nəticə qoymaq yox dərəcəsində mümkünsüz bir şeydir”.

Azərbaycan çempionu UEFA Region Kubokunda ilk oyununu iyunun 24-də Belarus təmsilçisinə qarşı keçirəcək. Qarşılaşma Şamaxı şəhər stadionunda baş tutacaq.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti