“Xan Lənkəran”dan danışdı: “Müəyyən şərtlər var ki, gərək onları yerinə yetirsinlər“

7 May 2022 13:40 Region Liqası 1 466
“Xan Lənkəran”dan danışdı: “Müəyyən şərtlər var ki, gərək onları yerinə yetirsinlər“

“Futbol təkcə Azərbaycandan asılı deyil. UEFA-nın öz şərtləri var. O şərtlərə gərək əməl edilsin“.

Sportinfo.az xəbər verir ki, bu sözlər deputat Aqil Abbasa aiddir.

Millət vəkili “Xan Lənkəran”ın I Diviziona buraxılmamasına növbəti dəfə münasibət bildirib:

“Mən də istəyərəm ki, cənub bölgəsindən “Xan Lənkəran”diviziona daxil olsun. Amma müəyyən şərtlər var ki, gərək onları yerinə yetirsinlər.

Yəni maddi imkandan bankdakı hesaba, komandanın saxlanılmasına qədər çoxlu şərtlər mövcuddur.

O şərtləri AFFA qoymayıb, UEFA qoyub. Ona görə də yüksək liqada çox komanda iştirak edə bilmir”.

Digər Xəbərlər
Xəbər Lenti