“Qəbələ” ilə “Qarabağ“: 4-lə 14 arasında get-gəl

17 Oktyabr 2020 12:02 Qəbələ 519
“Qəbələ” ilə “Qarabağ“: 4-lə 14 arasında get-gəl

Bu həftə Azərbaycan Premyer Liqasında VI turun oyunları keçiriləcək.

Sportinfo.az xəbər verir ki, “Qəbələ” milli komandaların oyunları ilə əlaqədar yaranan fasilədən sonra ilk matçına çıxacaq.

“Qırmızı-qaralar” səfərdə “Qarabağ”la görüşəcək. Bu matç Bakıdakı “Azersun Arena”da keçiriləcək.

Paytaxtdakı qarşılaşma iki komanda arasında 56-cı matç olacaq. İndiyədək rəqiblər Premyer Liqada 46, Azərbaycan kubokunda 9 duelə çıxıblar.

Bu 55 görüşdə 12 qələbə qazanan “Qəbələ” 18 heç-heçə edib. 25 dəfə isə Ağdam klubu qalib gəlib. 48 dəfə rəqib qapısına yol tapan əyalət təmsilçisi 72 top buraxıb.

Premyer Liqa çərçivəsində 10 qələbə və 13 heç-heçəsi olan “qırmızı-qaralar” 23 dəfə uduzub. Rəqib top fərqində də öndədir – 64:41.

Rəqib meydanında 28-ci dəfə “Qarabağ”la üz-üzə gələcək “qırmızı-qaralar” əvvəlki 27 səfərdə 4 dəfə qalib gəlib. Hesabında 9 heç-heçə olan “Qəbələ” 14 dəfə uduzub. Səfərdə 20 dəfə rəqib qapısına yol tapan komanda 40 top buraxıb.

Bu gün keçiriləcək “Qarabağ” - “Qəbələ” matçı saat 16:00-da başlayacaq.

2006/07 mövsümü

20.08.2006. Premyer Liqa. Gilan (Qəbələ) - Qarabağ (Ağdam) - 0:2

Kənan Kərimov, 29, Vasif Haqverdiyev, 88

22.02.2007. Premyer Liqa. Qarabağ (Ağdam) - Gilan (Qəbələ) - 3:2

Vaqif Cavadov, 20, Kənan Kərimov, 24, Aslan Kərimov, 60 – Vasif Əliyev, 76, Samir Zərgərov, 81

2007/08 mövsümü

06.10.2007. Premyer Liqa. Qəbələ - Qarabağ (Ağdam) - 1:2

Bokunqu Ncioli Fiston, 62 // Aslan Kərimov, 13, Qoqa Beraya, 52

13.04.2008. Premyer Liqa. Qarabağ (Ağdam) - Qəbələ - 2:1

Kənan Kərimov, 8, Aslan Kərimov, 56 // Vladimir Taranu, 80

2008/09 mövsümü

20.09.2008. Premyer Liqa. Qəbələ - Qarabağ (Ağdam) - 1:2

Kənan Kərimov, 78 // Emin İmaməliyev, 31, Vaqif Cavadov, 85

15.03.2009. Premyer Liqa. Qarabağ (Ağdam) - Qəbələ - 0:0

2009/10 mövsümü

23.09.2009. Premyer Liqa. Qarabağ (Ağdam) - Qəbələ - 0:0

06.12.2009. Premyer Liqa. Qəbələ - Qarabağ (Ağdam) - 1:1

Tomaş Stolpa, 52 (p.) // Rəşad Sadiqov, 78

21.03.2010. Premyer Liqa. Qəbələ - Qarabağ (Ağdam) - 3:1

Paulino Lopes Tavares, 49, İqor Melnik, 73, 84 // Georgi Adamiya, 43

24.04.2010. Premyer Liqa. Qarabağ (Ağdam) - Qəbələ - 1:1

Rauf Əliyev, 10 // Kənan Kərimov, 18 (p.)

2010/11 mövsümü

25.09.2010. Premyer Liqa. Qəbələ - Qarabağ (Ağdam) - 2:1

Deon Burton, 57, Branimir Subaşiç, 72 // Emin İmaməliyev, 83

13.02.2011. Premyer Liqa. Qarabağ (Ağdam) - Qəbələ - 3:0

Rauf Əliyev, 15, Georgi Adamiya, 63, Əfran İsmayılov, 75

2011/12 mövsümü

27.08.2011. Premyer Liqa. Qarabağ (Ağdam) - Qəbələ - 0:1

Viktor Mendi, 37

21.12.2011. Premyer Liqa. Qəbələ - Qarabağ (Ağdam) - 0:0

14.03.2012. Azərbaycan kuboku. Qəbələ - Qarabağ (Ağdam) - 2:2

Viktor Mendi, 41; Dodo, 65 // Rauf Əliyev, 46; Muarem Muarem, 90

18.03.2012. Premyer Liqa. Qarabağ (Ağdam) - Qəbələ - 1:1

İlqar Qurbanov, 90+1 // Viktor Mendi, 16

28.03.2012. Azərbaycan kuboku. Qarabağ (Ağdam) - Qəbələ - 0:0

14.04.2012. Premyer Liqa. Qəbələ - Qarabağ (Ağdam) - 1:0

Yannik Kamanan, 70

2012/13 mövsümü

31.10.2012. Premyer Liqa. Qarabağ (Ağdam) - Qəbələ - 1:2

Muarem Muarem, 59 // Rəşad Abdullayev, 32, Dodo, 34

10.02.2013. Premyer Liqa. Qəbələ - Qarabağ (Ağdam) - 1:1

Luka Zinko, 41 // Riçard Almeyda, 55 (p.)

27.02.2013. Azərbaycan kuboku. Qəbələ - Qarabağ (Ağdam) - 1:1

Dodo, 33 // Vüqar Nadirov, 56

07.03.2013. Azərbaycan kuboku. Qarabağ (Ağdam) - Qəbələ - 0:0

30.03.2013. Premyer Liqa. Qarabağ (Ağdam) - Qəbələ - 1:0

Riçard Almeyda, 39

28.04.2013. Premyer Liqa. Qəbələ - Qarabağ (Ağdam) - 0:2

Reynaldo Silva, 69, 77

2013/14 mövsümü

25.08.2013. Premyer Liqa. Qəbələ - Qarabağ (Ağdam) - 0:1

Vüqar Nadirov, 16

03.11.2013. Premyer Liqa. Qarabağ (Ağdam) - Qəbələ - 4:3

Nikolas Gelaşvili, 26, 50, Vüqar Nadirov, 37, Marinaldo da Silva, 65 // Lorenso Ebesilio, 72, Leonardo da Silva, 78, Dodo, 86

08.02.2014. Premyer Liqa. Qəbələ - Qarabağ (Ağdam) - 0:1

Reynaldo Silva, 74

12.03.2014. Azərbaycan kuboku. Qəbələ - Qarabağ (Ağdam) - 0:0

19.03.2014. Azərbaycan kuboku. Qarabağ (Ağdam) - Qəbələ - 1:2

Reynaldo Silva, 60 // Daniel Subotiç, 45+1; Viktor Mendi, 81

30.03.2014. Premyer Liqa. Qarabağ (Ağdam) - Qəbələ - 3:0

Marinaldo Silva, 48, Reynaldo Silva, 65, 87

2014/15 mövsümü

17.10.2014. Premyer Liqa. Qarabağ (Ağdam) - Qəbələ - 2:0

Vüqar Nadirov, 45+2, Reynaldo Silva, 89(p.)

14.12.2014. Premyer Liqa. Qəbələ - Qarabağ (Ağdam) - 2:1

Bəxtiyar Soltanov, 46, Dodo, 60 // Namiq Ələsgərov, 23

28.02.2015. Premyer Liqa. Qarabağ (Ağdam) - Qəbələ - 0:1

Namiq Ələsgərov, 45 (ö.q.)

02.05.2015. Premyer Liqa. Qəbələ - Qarabağ (Ağdam) - 1:1

Reynaldo, 55 // Cavid Hüseynov, 90(p.)

2015/16 mövsümü

10.08.2015. Premyer Liqa. Qəbələ - Qarabağ (Ağdam) - 2:2

Sergey Zenyov, 32, Samir Zərgərov, 87 // Riçard Almeyda, 62 (p.), 83

19.12.2015. Premyer Liqa. Qarabağ (Ağdam) - Qəbələ - 1:1

Əfran İsmayılov, 79 // Ermin Zets, 4

19.03.2016. Premyer Liqa. Qəbələ - Qarabağ (Ağdam) - 1:2

Sergey Zenyov, 17 // Migel Madera, 9, Mahir Mədətov, 72

11.05.2016. Premyer Liqa. Qarabağ (Ağdam) - Qəbələ - 2:0

Dani, 17, 32

2016/17 mövsümü

02.10.2016. Premyer Liqa. Qəbələ - Qarabağ (Ağdam) - 2:0

Filip Ozobiç, 11; Baqali Dabo, 14

29.11.2016. Premyer Liqa. Qarabağ (Ağdam) - Qəbələ - 2:1

Riçard Almeyda, 87 (p.); Dino Ndlovu, 90+4 // Filip Ozobiç, 64

19.02.2017. Premyer Liqa. Qəbələ - Qarabağ (Ağdam) - 2:0

Sergey Zenyov, 30; Filip Ozobiç, 68

09.04.2017. Premyer Liqa. Qarabağ (Ağdam) - Qəbələ - 0:0

05.05.2017. Azərbaycan kuboku. Qarabağ (Ağdam) - Qəbələ - 2:0

Mahir Mədətov, 52; Ürfan Abbasov, 68 (ö.q.)

2017/18 mövsümü

26.08.2017. Premyer Liqa. Qarabağ (Ağdam) - Qəbələ - 2:1

Mahir Mədətov, 63; Markos Madera, 73 // Stiven Monroz, 69

22.10.2017. Premyer Liqa. Qəbələ - Qarabağ (Ağdam) - 1:0

Asif Məmmədov, 8

10.02.2018. Premyer Liqa. Qarabağ (Ağdam) – Qəbələ – 0:0

21.05.2018. Premyer Liqa. Qəbələ - Qarabağ (Ağdam) - 0:1

Dani Kintana, 22 (p.)

2018/19 mövsümü

23.09.2018. Premyer Liqa. Qarabağ (Ağdam) – Qəbələ – 4:1

Abdullah Zubir, 30, 73; Araz Abdullayev, 45+1; Con Delarj, 61 // Rasim Ramaldanov, 90

11.11.2018. Premyer Liqa. Qəbələ – Qarabağ (Ağdam) – 1:3

Ceyms Adeniyi, 31 // İnnosent Emeqara, 47; Markos Madera, 65; Filip Ozobiç, 68

17.02.2019. Premyer Liqa. Qarabağ (Ağdam) – Qəbələ – 2:1

Riçard Almeyda, 4 (p.); Filip Ozobiç, 30 // Cavid Hüseynov, 29 (p.)

07.04.2019. Premyer Liqa. Qəbələ – Qarabağ (Ağdam) – 1:2

Rauf Əliyev, 23 // Donald Qerye, 3; Araz Abdullayev, 83

23.04.2019. Azərbaycan Kuboku. Qəbələ – Qarabağ (Ağdam) – 1:0

Ceyms Adeniyi, 73

01.05.2019. Azərbaycan Kuboku. Qarabağ (Ağdam) – Qəbələ – 2:1

Markos Madera, 37; Dani Kintana, 58 // Davit Volkov, 82

2019/20 mövsümü

25.08.2019. Premyer Liqa. Qarabağ (Ağdam) – Qəbələ – 3:0

Riçard Almeyda, 62 (p.); Maqaye Qeye, 63; Abdullah Zubir, 80

19.10.2019. Premyer Liqa. Qəbələ – Qarabağ (Ağdam) – 1:1

Qismət Alıyev, 3 // İsmayıl İbrahimli, 9

Digər Xəbərlər
Xəbər Lenti