"Onun "Qəbələ"yə geri qayıtması mümkün deyil"

23 May 2020 00:56 Qəbələ 719
"Onun "Qəbələ"yə geri qayıtması mümkün deyil"

“Fernan Lopeslə mütəmadi əlaqə saxlayırıq. Artıq o da gündəlik ev məşqlərindən sonra parklarda hazırlıqlara başlayıb”.

Sportinfo.az xəbər verir ki, bu sözləri apasport.az-a “Qəbələ”nin prezidenti Fariz Nəcəfov ispaniyalı futbolçu Fernan Lopesin son durumu ilə bağlı danışarkən deyib.

Klub rəhbəri koronavirus pandemiyası səbəbindən bir aydan çoxdur İspaniyada ailəsinin yanında olan yarımmüdafiəçinin vəziyyətini izlədiklərini söyləyib.

Nəcəfov 25 yaşlı orta sahə oyunçusunun hazırda Azərbaycana qayıtmasının mümkünsüz olduğunu bildirib: “Fernanın olduğu ərazidə də karantin rejimi yumşaldılıb. Onun Azərbaycana gəlişi ilə bağlı klub olaraq hansısa bir iş görə bilmərik.

Hər şeydən öncə çempionatla bağlı qərar yoxdur. Digər tərəfdən sərhədlər açılmamış Fernanın geri qayıtması mümkün deyil. Onunla bağlı sadəcə, vəziyyətə uyğun hərəkət edəcəyik”.

Digər Xəbərlər
Xəbər Lenti