“Rəqibi çox yaxşı tanıyıram, onlarla Avropada və Argentinada dəfələrlə oynamışam”

08:00 Atçılıq 40
“Rəqibi çox yaxşı tanıyıram, onlarla Avropada və Argentinada dəfələrlə oynamışam”

Azərbaycanın "Elit polo club" komandasının çimərlik polisi üzrə "Sea Breeze 2026" beynəlxalq turnirinin yarımfinalında Böyük Britaniya təmsilçisi "Red Star"la matçı mübarizə şəraitində keçib.

Sportinfo.az xəbər verir ki bunu komandanın üzvü Elçin Camallı görüşdən sonra jurnalistlərə açıqlamasında deyib.

"Düşünürəm ki, Böyük Britaniya komandası ilə oyunumuz daha yaxşı mübarizə şəraitində keçdi. Onlar hesabda önə çıxdıqdan sonra biz hesabı bərabərləşdirdik.

Sonra aradakı fərqi 5 topa çatdırdıq, onlar isə hesabı 2 topadək endirə bildilər. Həyəcanlı oyun oldu, qarşılaşmaya yaxşı hazırlaşmışdıq", - o söyləyib.

Poloçu sabah İsveçrənin "Sankt Mortiz" komandasına qarşı keçiriləcək final oyunu barədə də fikirlərini bölüşüb:

"Sabah finalda mübarizə aparacağıq. Rəqibimiz də iki oyunda iki qələbə qazanıb.

Rəqibi çox yaxşı tanıyıram. Onlarla Avropada və Argentinada dəfələrlə oynamışam. Rəqibi yaxşı təhlil edib, qələbə qazanmağa çalışacağıq".

Azərbaycan təmsilçisi bu gün yarımfinalda Böyük Britaniyanın "Red Star" komandasını 9:7 hesabı ilə üstələyərək finala vəsiqə qazanıb.

Digər Xəbərlər
Xəbər Lenti
12 Sentyabr 18:10 Çək və bizə göndər!
12 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM