"Qəbələ"li Makqreqorla döyüşmək niyyətini bəyan etdi

17 May 2020 13:40 Qəbələ 1 009
"Qəbələ"li Makqreqorla döyüşmək niyyətini bəyan etdi

Azərbaycan kikboksçu Alim Nəbiyev UFC üzrə eks-dünya çempionu, irlandiyalı Konor Makqreqorla mübarizə aparmaq istəyir.

Sportinfo.az xəbər verir ki, bu barədə "Kick record" məlumat yayıb.

Azərbaycan idmançı Alim Nəbiyev "əgər UFC-də çıxış etsə, kiminlə mübarizə aparmaq istəyərdi" sualını cavablandırarkən deyib ki, UFC üzrə eks dünya çempionu, irlandiyalı Konor Makqreqorla iki çəki dərəcəsində mübarizə aparmaq istəyərdi.

Alim Nəbiyev kikboksinq üzrə yeddiqat dünya çempionu və üçqat Avropa çempionudur. Hazırda "Glory World Series"-in himayəsi altında çıxış edir.

2016-cı ilin noyabr ayında Nəbiyev Yohan Lilonu məğlub edərək WMC çempionu titulunu qazanıb. 2019-cu ilin iyununda isə o, "Glory World Series" çempionu titulu uğrunda döyüşün ikinci raundunda Sedrik Dumbiyeyə məğlub olub.

Kikboksçu müxtəlif vaxtlarda Rusiya, Azərbaycan və Ukrayna bayrağı altında çıxış edib, həmçinin "Vityaz Fight" və "Qəbələ" klublarını təmsil edib.

Digər Xəbərlər
Xəbər Lenti
24 Sentyabr 23:00 Bu oyunla çətin...
24 Sentyabr 18:10 Çək və bizə göndər!
24 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
24 Sentyabr 10:40 Millidə yeni “10 nömrə”
24 Sentyabr 08:30 Birini udduq, birini də...
24 Sentyabr 03:40 10 min manatlıq söyüş
24 Sentyabr 02:00 "Şəfa"nın yeni planı var