"Qəbələ"dən Avropada 36 qol, Zenyov öndə, Uikslə Dodo “üçlük”də

7 May 2020 23:40 Qəbələ 521
"Qəbələ"dən Avropada 36 qol, Zenyov öndə, Uikslə Dodo “üçlük”də

“Qəbələ” avrokuboklarda keçirdiyi 38 oyunda 36 qol vurub.

Sportinfo.az xəbər verir ki, “qırmızı-qaralar”ın heyətində 15 futbolçu rəqib qapısına yol tapıb.

Daha bir dəfə rəqib komandanın avtoqolu qeydə alınıb. 2014-cü ildən başlayaraq 6 mövsüm UEFA Avropa Liqasında çıxış edən “Qəbələ”nin qitəmiqyaslı turnirdəki ən yaxşı bombardiri Sergey Zenyovdur. Estoniyalı hücumçunun hesabında 6 top var.

2-ci sırada Teo Uiksdir. Avrokubokdakı yeganə het-trikimizin müəllifi ümumilikdə 5 qol vurub. İlk “üçlüy”ü Dodo qapayır. Onun aktivində 4 top var.

“Qırmızı-qaralar”ın altı üzvü 3 və ya daha çox qola imza atıb.

1. Sergey Zenyov - 6

2. Teo Uiks - 5

3. Dodo - 4

4-6. Filip Ozobiç - 3

Baqali Dabo - 3

Cavid Hüseynov - 3

Digər Xəbərlər
Xəbər Lenti