"Qəbələ"də kimin şansı daha yüksəkdir?

17 Aprel 09:30 Qəbələ 168
"Qəbələ"də kimin şansı daha yüksəkdir?

Koronavirus üzündən dayandırılan Azərbaycan Premyer Liqasının arxada qalan 20 turunda “Qəbələ” 25 qola imza atıb.

Sportinfo.az xəbər verir ki, “qırmızı-qaralar”ın heyətində 9 fərqli futbolçu fərqlənib. Ən yaxşı bombardir mövsümün ilk yarısında 5 dəfə rəqib qapısına yol tapan Davit Volkovdur.

Rövlan Muradovla qış transferi Nikolas Rayselin hərəyə 4 qolu var. Çempionatın bərpasından sonrakı 8 turda hər iki futbolçu bu göstəricini artırmaq imkanına malikdir.

Keçirdiyi 4 qarşılaşmada yüksək orta məhsuldarlıq göstərən Rayselin cari mövsüm üçün komandamızın bombardiri olmaq şansları daha yüksəkdir.

Mövsüm ərzində vurulan qol sayında klub tarixinin rekordçusu Baqali Dabodur. O, 2017/18 mövsümündə 13 dəfə rəqib qapısına yol tapıb. Daniel Subotiç isə ondan 4 il əvvəl 12 qola imza atıb.

Ümumiyyətlə, indiyədək “Qəbələ”nin futbolçuları Premyer Liqada 6 dəfə mövsümdə 10 və daha çox qol vurub. Son 6 çempionatın hərəsində bir oyunçumuz buna nail olub. Bu futbolçulardan beşi legioner, biri yerlidir.

1. Baqali Dabo – 13 (2017/18)

2. Daniel Subotiç – 12 (2013/14)

3-4. Cavid Hüseynov – 11 (2014/15)

Filip Ozobiç – 11 (2016/17)

5-6. Aleksey Qay – 10 (2015/16)

Ceyms Adeniyi – 10 (2018/19)

Digər Xəbərlər
Xəbər Lenti
27 May 20:20 Artur qərarın verdi