İstefaya gedir? "Rəhbərlik nə qərar versə…" - SON DƏQİQƏ

22 Fevral 2020 17:15 Qəbələ 1 248
İstefaya gedir? "Rəhbərlik nə qərar versə…" - SON DƏQİQƏ

Sportinfo.az xəbər verir ki, «Qəbələ»nin baş məşqçisi Elmar Baxşıyev «Neftçi» ilə oyundan (0:2) sonra mətbuat konfransında sualları cavablandırıb.

- Oyun fikirləşdiyimiz kimi çətin keçdi. Komandanı gündəlik məşqlərdə buna hazırlayırdıq. «Neftçi» heyətinə görə çempionatın ən güclülərindən biridir. Futbolçularımdan razı qaldım, sonadək mübarizə apardılar. Uduzsaq da, komandamın əzmkarlığı xoşuma gəldi.

- «Qəbələ» 90 dəqiqə ərzində bir normal hücum qura, irəlidə çoxala bilmədi. Elə isə siz nədən razı qaldız?
- Əvvəlki üç oyunda məğlub olmuşduq, mən buna nəzərən deyirəm. Həmin oyunlarda komanda olaraq zəif təsir bağışlamışdıq. Ona görə bəzi dəyişiklər etmişdik ki, komandaya yeni nəfəs gətirək. «Neftçi»nin gücünü də nəzərə almaq lazımdır. Rəqib səviyyə baxımından bizdən üstündür.

- Matçın sonlarına yaxın azarkeşlər sizi istefaya səslədilər…
- Ötən turlarla müqayisədə bu gün komandamın oyununda müsbət cəhətlər çox oldu. Bəli, müdafiədə axsamalar var. Əlbəttə, hər futbolçu mənim üçüe qiymətlidir. Qışa kimi oturuşmuş heyətimiz var idi. İbrahima Niasse ilə Davit Volkovun gedişi komandaya mənfi təsir göstərdi. Yeni gələn futbolçulardan Nikolas Raysel zədəli olduğundan bu gün meydanda yox idi. Abdulrafik uzun müddət futboldan kənar qalıb, təzə-təzə oynamağa başlayır. Hələ bir neçə turdan sonra optimal formaya düşməsi gözlənilir. Biz bütün çətinlikləri bilirik. Antalya toplanışında da bunları görürdük. Yeni futbolçular komandaya gec qoşulduğundan, hələ də öz oyunumuzu tapa bilmirik.

- Azarkeşlərlə suala qayıdaq…
- Onlar haqlıdır. Nəticə olmayan yerdə «istefa» şüarı qışqırmalıdırlar. Bu, normal haldır. Biz məşqçiyik, işimizə rəhbərlik qiymət verik. Rəhbərlik nə qərar versə, onunla razı olacağıq.

- Futbolçularınızdan Tərlan Əhmədli ilə Qismət Alıyev sizi istefaya səslədiyi üçün azarkeşlərlə mübahisə etdi.
- Bu sualı futbolçuların özlərinə versəz, yaxşı olar. Mən yenə deyirəm, rəhbərlik nə qərar versə, biz ona hörmətlə yanaşacağıq.

- Oyuna ciddi hazırlaşdığınızı, heyətdə bəzi dəyişiklər etdiyinizi bildirdiz. Sadiq Quliyev oynadığı mövqedə – yarımmüdafiənin mərkəzində komandaya xeyirdən çox, ziyan vurdu. Siz bu seçimi məcburiyyətdən etdiz?
- Bizdə əsasən həmin yerdə problem olurdu. «Neftçi»nin orta sahəsi yaxşı futbolçulardan ibarətdir. Sırf müdafiəni etibarlı təşkil etmək üçün Sadiqlə İdrisin üstündə dayandıq. Deyərdim ki, biz İdrisin simasında Azərbaycan futboluna yeni ad qazandırırıq. Mütəmadi oynasa, şans qazansa, ondan yaxşı futbolçu çıxacaq.

- «Qəbələ» bu gün turnir cədvəlinin axırındadır,
- Əlbəttə, heç kim istəməz ki, komandası axırda getsin. Əlimizdə olan «material»a görə, hesab elədik ki, bu gün məhz Sadiq oynamalıdır.

Digər Xəbərlər
Xəbər Lenti