"Qəbələ" üçün BÖYÜK SPONSOR! – Danışıqlar başladı

12 Fevral 2020 22:40 Qəbələ 2 293
"Qəbələ" üçün BÖYÜK SPONSOR! – Danışıqlar başladı

«Qəbələ»nin sponsorlarının sırası bir qədər də genişlənə bilər.

Sportinfo.az-ın məlumatına görə, ölkə kubokunun son sahibi «Jalə» və «Milla»dan sonra daha bir mümkün tərəfdaşla danışıqlar masası arxasına əyləşib.

Görüşülən şirkət həm Azərbaycanda, həm də dünya çapında kifayət qədər tanınır. Tərəflər hazırda uzunmüddətli əməkdaşlığın şərtlərini müzakirə edir.

Danışıqlar bu minvalla davam eləsə, mövsümün sonunadək sponsorluq müqaviləsi imzalanacaq. Başqa bir problem ortaya çıxmasa, «Qəbələ» gələn «futbol ili»ndən etibarən yenidən iddialı olacaq.

Hər halda bu, gözlənilən və istəniləndir. Əyalət təmsilçisinin müstəqilliyini qoruması çox vacibdir. Azərbaycanı 2 dəfə Avropa Liqasının qrup mərhələsində təmsil etmiş klubun yaşaması futboulmuzun gələcəyi mənasında əhəmiyyətlidir.

«Qəbələ» böyük və müasir standartlara cavab verən infrastrukturu, akademiyası ilə uzun illərdir ki, Azərbaycanda idmanın «şah»ına sədaqətlə xidmət edir.

Başda Tale Heydərov olmaqla, «Gilan Holdinq» rəhbərliyi bu sahənin inkişafı naminə bütün varlığı ilə çalışıb və indi də çalışmaqdadır. «Qəbələ»yə əlavə dəstək verilsə, bundan qazanan yenə futbolumuz olacaq.

Digər Xəbərlər
Xəbər Lenti