"Qəbələ"nin Antalya gündəliyi

13 Yanvar 23:40 Qəbələ 124
"Qəbələ"nin Antalya gündəliyi

“Qəbələ” mövsümün ikinci yarısının hazırlıqlarını davam etdirir.

Sportinfo.az xəbər verir ki, “qırmızı-qaralar” Türkiyənin Antalya şəhərində təşkil olunan təlim-məşq toplanışının 2-ci gününü başa vurub.

Elmar Baxşıyevin yetirmələri günü iki məşqlə yekunlaşdırıblar. Günün ilk məşqi fitnes zalında gerçəkləşib. Futbolçular müxtəlif fiziki təmrinləri icra ediblər.

Günün ikinci yarısında baş tutan məşq prosesi meydançada reallaşıb. Komanda üzvləri toplu və topsuz çalışmaları yerinə yetiriblər. Məşq ikitərəfli oyunla başa çatıb. Zədədən sonra bərpa prosesi keçən Rasim Ramaldanov fərdi hazırlıqla kifayətlənib.

Xəbər Lenti
26 Yanvar 21:35 34 ilə gələn uğur
26 Yanvar 20:25 "Qoca əclaf" - FOTO
26 Yanvar 01:38 Lider dilxor oldu - VİDEO