Müdafiə olunmaq ayıbdır?

30 Noyabr 2022 11:40 Qəbələ 410
Müdafiə olunmaq ayıbdır?

Çempionatda dördüncü yer uğrunda yarşıma «Zirə» və «Qəbələ» arasında gedəcək.

Turnir cədvəlində onlardan aşağıda mövqe tutanların bu duelə qarışması, müdaxiləsi az inandırıcıdır.

Dünən Sumqayıtda 1:1 eidilər. Qarşılıqlı hücumlar, sərt mübarizə şəraitində keçən bir oyun oldu.

Elmar Baxşıyev matçsonrası mətbuat konfransında bildirdi ki, 1 xal qazandıqlarını, yoxsa 2 xal itirdiklərini söyləməyə çətinlik çəkir.

Bu, əslində, «Qəbələ»nin portretinin nümayişidir. Baş məşqçi komandasının oyununa qiymət vermirsə, verə bilmirsə, gərək mətbuatda haqqında səsləndirilən tənqidi fikirlərdən də inciməsin, normal qəbul eləsin.

Baxşıyev «Qəbələ»ni nəticəyə oynatmır. Məncə, əsas problem budur. Artıq neçənci dəfədir ki, hesabı açdıqları oyunda qələbəni əldən verirlər. Asan qollar «yeyirlər».

Bu, «Qəbələ»nin çoxdankı bəlasıdır.

Əlacı yoxmu, var. Müdafiəni qurmaq əjdaha ilə güləşmək deyil ki öhdəsindən gəlməyəsən. Görünür, Baxşıyev qol vurduqdan sonra komandasına oyunu birinci zonadan qurmağı tapşırmağı özünə ayıb bilir.

Ya da ki, bunu necə etmək barədə təsəvvürü yoxdur, varsa da, məhduddur.

KAMİL

Digər Xəbərlər
Xəbər Lenti