“Qaçırmaq olmaz, qazanmaq şansı çoxdur" – “Qəbələ”nin makedonu

18 Noyabr 2022 21:20 Qəbələ 416
“Qaçırmaq olmaz, qazanmaq şansı çoxdur" – “Qəbələ”nin makedonu

"Bu, adi yoldaşlıq görüşüdür. Bununla belə, hər bir futbolçu və ya komanda meydana qələbə üçün çıxır".

Bu sözləri Sportinfo.az-a açıqlamasında "Qəbələ"nin Şimali Makedoniyadan olan yarımmüdafiəçisi İsnik Alimi deyib.

Azərbaycanla Şimali Makedoniya arasında baş tutacaq sınaq matçında yığmamızın uğurlu çıxışına inananların sayı az deyil.

Canni de Byazinin rəhbərlik etdiyi komandanın 3-ü rəsmi, 1-i yoldaşlıq oyununda olmaqla son 4 qarşılaşmanı qələbə ilə başa vurması azərbaycanlı futbolsevərlərin milliyə inamını artırıb.

Buna baxmayaraq, Alimi bu oyunda həmyerlilərinin favorit olduğunu düşünür:

"Çox maraqlı və gərgin matç olacaq. Fikrimcə, Şimali Makedoniyanın qələbə qazanmaq şansı daha çoxdur.

Çünki doğma meydanda, öz azarkeşlərinkn gözləri qarşısında oynayırlar. Bu oyunu qaçırmaq olmaz. Əsas istəyim hər iki komandanın futbolçularının oyunu zədəsiz başa vurmasıdır"

Noyabrın 20-də Şimali Makedoniya ilə Azərbaycan milliləri arasında baş tutacaq sınaq matçı Bakı vaxtı ilə 17:00-da başlayacaq.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti