"Qəbələ" üçün sloveniyalılar - "Hayduk" səfərində

11 Sentyabr 2022 13:40 Qəbələ 680
"Qəbələ" üçün sloveniyalılar - "Hayduk" səfərində

Xorvatiyada "Hayduk" və "Qəbələ" arasında keçiriləcək UEFA Gənclər Liqasının I mərhələsinin ilk oyunu üçün təyinatlar açıqlanıb.

Sportinfo.az xəbər verir ki, qarşılaşmanı Sloveniyadan olan hakimlər briqadası idarə edəcək.

Baş hakim David Smaytsa David Qabrovets və Tomaj Tserne laynsmanlar qismində yardımçı olacaq. Dördüncü hakim funksiyasını xorvatiyalı Ante Terziç yerinə yetirəcək.

Senyabrın 12-də keçiriləcək matç Bakı vaxtı ilə saat 19:00-da başlayacaq. Cavab görüşü oktyabrın 4-də Qəbələdə olacaq.

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!