“Qəbələ” daha iki legioneri qalmağa razı saldı

23 İyun 01:00 Qəbələ 221
“Qəbələ” daha iki legioneri qalmağa razı saldı

Yeni mövsümə hazırlaşan “Qəbələ” daha iki futbolçusu ilə müqavilə müddətini yeniləyib.

Sportinfo.az xəbər verir ki, Rafael Utziq və Omar Hani ilə anlaşmaların müddəti uzadılıb.

Legionerlərlə imzalanan yeni müqavilələr daha bir il müddətinə nəzərdə tutulub. Əvvəlki anlaşmaları 2021/22 mövsümünün sonunda başa çatan oyunçular 2022/23 mövsümündə də “qırmızı-qaralar”ın formasını geyinəcək.

2020-ci ilin yayından “Qəbələ”də çıxış edən Rafael 58 oyun keçirib. 26 yaşlı braziliyalı hücumçu 11 qola imza atıb.

Omar isə ötən ilin yayından bu komandanın formasını geyinir. 23 yaşlı iordaniyalı yarımmüdafiəçi 25 matçda 2 qol vurub.

“Qəbələ” daha öncə Ruan Renato, İsnik Alimi, Kristof Atanqana, Yaovi Akakpo, Asif Məmmədov, Murad Musayev və Urfan Abbasovla ilə anlaşmanı bir il müddətinə uzadıb.

Digər Xəbərlər
Xəbər Lenti
6 İyul 18:00 DEYİN, BƏYƏNDİZMİ?