"Bu nöqtə mənim üçün son deyil, sadəcə başlanğıcdır"

04:30 Tennis 76
"Bu nöqtə mənim üçün son deyil, sadəcə başlanğıcdır"

Tamerlan Əzizovun ATP reytinq xallarını həm fərdi, həm də cütlüklər kateqoriyasında qazanması Azərbaycan tennisi adına tarixi andır.

Sportinfo.az xəbər verir ki, idmançı bu barədə "report"a açıqlama verib.

O, bu kateqoriyada reytinqdə yer alan ilk azərbaycanlı tennisçi olması ilə bağlı fikirlərini bölüşüb:

"Mənim üçün bu uğur sadəcə şəxsi karyeramın növbəti mərhələsi deyil, həm də Azərbaycan tennisi adına tarixi andır. Hazırda həm fərdi, həm də cütlüklər üzrə ATP reytinqində yer alan yeganə Azərbaycan tennisçisi olmaq mənə həm böyük motivasiya verir, həm də üzərimdə böyük bir məsuliyyətdir".

T.Əzizov qarşıdakı hədəflərindən də söz açıb:

"Bu nöqtə mənim üçün son deyil, sadəcə başlanğıcdır. Məqsədim bu xalların sayını artırmaq, ATP reytinqində daha yüksək pillələrə qalxmaq və beynəlxalq arenalarda Azərbaycan bayrağını daha uca yerlərdə dalğalandırmaqdır".

O, hərtərəfli dəstəyə görə Azərbaycan Tennis və Padel Federasiyasına təşəkkür edib.

Digər Xəbərlər
Xəbər Lenti
2 Oktyabr 18:10 Çək və bizə göndər!