Üç legioner Azərbaycan klubu ilə müqavilə bağladı

22 May 2022 14:20 Qəbələ 1 447
Üç legioner Azərbaycan klubu ilə müqavilə bağladı

“Qəbələ” 3 futbolçusu ilə müqavilə müddətini uzadıb.

Sportinfo.az xəbər verir ki, 28 yaşlı şimali makedoniyalı yarımmüdafiəçi İsnik Alimi, 22 yaşlı ispaniyalı qapıçı Kristof Atanqana və 23 yaşlı toqolu hücumçu Yaovi Akakpo ilə yeni anlaşma imzalanıb.

Bu müqavilələr daha 1 il müddətinə nəzərdə tutulub.

Əvvəlki anlaşmaları 2021-2022-ci illər mövsümünün sonunda başa çatan legionerlər növbəti mövsümdə də “qırmızı-qara” formanı geyinəcək. Hər üç oyunçunun yeni anlaşması 2023-cü ilin iyununda başa çatacaq.

“Qəbələ”nin heyətində Alimi 32 (10 qol), Akakpo 6 (2 qol), Atanqana 5 oyun keçirib

Digər Xəbərlər
Xəbər Lenti