“Neftçi”nin məğlubiyyətinin səbəbi bilindi  - KAPİTAN DEDİ

14 May 2022 17:00 Qəbələ 1 887
“Neftçi”nin məğlubiyyətinin səbəbi bilindi  - KAPİTAN DEDİ

“Evdə, doğma azarkeşlər önündə oynayırdıq.

3 xalın bizim üçün nə dərəcədə önəmli olduğunun fərqindəydik. Hamı bir nəfər kimi qələbəyə köklənmişdi”.

“Qəbələ”nin kapitanı Asif Məmmədov Sportinfo.az-a açıqlamasında komandasının “Neftçi” üzərindəki 1:0 hesablı qələbəsini şərh edib.

Bölgə təmsilçisinin son çempionla görüşdə kifayət qədər inamlı təsir bağışlamaqla haqq etdiyi qalibiyyəti qazandı.

Meydan sahibləri qol imkanlarını boşa verməsəydi, hesab arasındakı fərq daha böyük ola bilərdi.

“11 nömrə” rəqibin bütün komponentlərdə üstün olduğunu qəbul etdiyini desə də, komandasının hədəfə çatmasında rol oynayan amili söyləyib:

“Fikrimcə, həmin gün rəqibə nisbətən biz daha üstün idik. Xeyr, burada “Neftçi”nin gümüş medalları və avrokuboklara vəsiqəni vaxtından əvvəl təmin etməsinin rolu yoxdur.

Əksinə, mövsümün sonudur deyə, onların baş məşqçi və futbolçuları özünü yaxşı tərəfdən göstərmək üçün səy göstərir.

Sadəcə, “Zirə” üzərindəki qələbədən sonra biz daha istəkli idik, növbəti 3 xalı hədəfləmişdik. Psixoloji baxımdan “Neftçi”dən üstün olduğumu düşünürəm”.

26 turdan sonra “Neftçi” turnir cədvəlində 50 xalla 2-ci, “Qəbələ” 41 xalla 4-cü pillədə qərarlaşıb.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti