"Qəbələ"də braziliyalı həsrəti başa çatır - BU GÜN

22 Yanvar 2022 10:40 Qəbələ 911
"Qəbələ"də braziliyalı həsrəti başa çatır - BU GÜN

Qış təlim-məşq toplanışını Türkiyədə keçən "Qəbələ" hələlik bir futbolçu ilə heyətini gücləndirə bilib.

Bölgə klubu Patrik Robson de Souza Monteyronu heyətinə qatıb.

Amma koronavirusa yoluxması səbəbindən braziliyalı hücumçunun yeni komandasına qoşulması gecikirdi.

Klubdan əldə etdiyimiz məlumata görə, "Admira Vakker"dən 1,5 illik icarəyə götürülən "sambaçı" ilə bağlı həsrət bu gün başa çatır.

Belə ki, növbəti testi neqativ çıxan 23 yaşlı hücumçu Braziliyadan ayrılıb və nəhayət, bu gün Antaliyada "qırmızı qaralar"ın düşərgəsində olacaq.

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"