Premyer Liqa klublarının həsəd apardığı legionerin YENİ HƏDƏFİ

22 Yanvar 2022 09:40 Qəbələ 1 557
Premyer Liqa klublarının həsəd apardığı legionerin YENİ HƏDƏFİ

Qış fasiləsinə kimi olan dövrdə "Qəbələ"də adından söz etdirməyi bacaran əcnəbilərdən biri də İsnik Alimi oldu.

Belədə ona dəvətlər gələcəyi sir deyildi.

Bir neçə klubumuzun albaniyalı orta xətt oyunçusunu heyətində görmək istəyi başadüşülən idi.

Buna ən çox maraq göstərəni isə son çempion "Neftçi" oldu. 27 yaşlı legioneri heyətinə qatmaq istəyən "ağ-qaralar" sonda istəyinə çatmadı.

Buna əsas səbəb Aliminin ölkəmizdə heç də uzun müddət qalmamaq niyyətidir. Yarımmüdafiəçi ən geci yayda karyerasını yenidən Avropa davam etdirməyi qarşısına məqsəd qoyub.

"Atalanta", "Kievo kimi məşhur komandaların timsalına bir çox İtaliya təmsilçisində çıxış etmiş əcnəbi oyunçu mövsümün sonu azad agent statusuna sahib olacaq. Bu da onun rahat seçim etməsini şərtləndirən əsas amillərdəndir.

İsnik Alimi bu mövsüm "Qəbələ" forması ilə meydana çıxdığı 15 oyunda 4 qol və 3 asistlə yadda qalmağı bacarıb.

"Qəbələ"yə kimi orta sahə oyunçusunun son klubu İtaliya “Atalanta”sı olub.

2015-21-ci illərdə Berqamo təmsilçisinə məxsus olan İsnik bu müddətdə icarə əsasında İtaliya klubları “Makerateze” (2015-16), “Forli” (2016-17), “Viçentsa” (2017-18), “Rimini” (2018-19), “İmoleze” (2019-20), həmçinin Xorvatiya “Şibenik”ində (2020-21) çıxış edib.

O, karyerası ərzində Şimali Makedoniyanın “Ohrid” (2011), Xorvatiyanın “Noviqrad” (2012), İtaliyanın “Kyevo” (2014-15) və “Lumezzane” (2014-15, icarədə) klublarının da formasını geyinib.

Alimi Şimali Makedoniyanın U-19 (2011-12), Albaniyanın U-21 (2014-16) milli komandalarının da şərəfini qoruyub.

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti