"Bunu yenidən etməyə hazıram"

11 İyun 03:10 Digər növlər 813
"Bunu yenidən etməyə hazıram"

“Hazırda təlim-məşq toplanışını bitirmişəm.

Yarış gecəsi sizə möhtəşəm performans göstərməyə hazıram”.

Sportinfo.az xəbər verir ki, bunu Azərbaycanın MMA döyüşçüsü Tofiq Musayev Bakıda keçiriləcək UFC (Ultimate Fighting Championship - Mütləq Döyüş Çempionatı) barədə danışarkən deyib.

36 yaşlı idmançı iyunun 21-də təşkil olunacaq yarışa hazırlıqların sürətlə davam etdiyini bildirib. Musayev azarkeşlərə çağırış edib:

“Dəfələrlə xaricdə bayrağımızı qaldırmışam. Bunu yenidən etməyə hazıram.

Maraqlı, ən əsası qanlı döyüşə çıxmaq istəyirsinizsə, sizi yarış günü “Bakı Kristal Zalı”nda görməyə şad olaram. Biletləri əldə etməyə tələsin”.

Tofiq Musayevin rəqibi Mıqtıbek Orolbay olacaq.

Digər Xəbərlər
Xəbər Lenti
5 İyul 16:00 10-cu AYRILIQ XƏBƏRİ
5 İyul 08:20 Quliyev Serbiya yolunda