"Qəbələ"nin fikri nədir? – Bütün bunlardan sonra…

16 Oktyabr 2021 12:40 Qəbələ 795
"Qəbələ"nin fikri nədir? – Bütün bunlardan sonra…

Bu gün Azərbaycan Premyer Liqasında 7-ci tura start veriləcək.

Sportinfo.az xəbər verir ki, “Qəbələ” turun ilk günündə “Zirə” ilə görüşəcək.

“Qırmızı-qaralar” 1-ci dövrənin son matçını evdə keçirəcək. Qəbələ şəhər stadionunda təşkil olunacaq qarşılaşma iki rəqib arasında ümumilikdə 26-cı duel kimi tarixə düşəcək.

Əvvəlki 25 qarşılaşmada 9 qələbə qazanan “Qəbələ” 11 dəfə heç-heçə edib və 5 dəfə məğlub olub.

Rəqib qapısına 33 qol vuran “Qəbələ” 22 top buraxıb. “Qırmızı-qaralar”ın bu oyunlarda ən yaxşı bombardiri 4 qol vuran Aleksey Qaydır.

İndiyədək keçirilən 25 görüşdən 23-ü çempionat, 2-si kubok çərçivəsində keçirilib. Premyer Liqada 7 dəfə rəqibini üstələyən komanda 11 matçdan 1 xalla ayrılıb.

Digər 5 matçda Bakı klubu qələbə qazanıb. Bu oyunlarda 26 qol vuran “qırmızı-qaralar” 20 top buraxıb.

“Qəbələ” 13-cü dəfə “Zirə”ni öz meydanında qəbul edəcək. 5 qələbəsi olan meydan sahibləri 6 sülhə imza atıb və yalnız bir dəfə uduzub. Doğma divarlar arasında 18 qol vuran “Qəbələ” 9 top buraxıb.

Oktyabrın 16-da Qəbələ şəhər stadionunda keçiriləcək “Qəbələ” - “Zirə” matçına saat 17:00-da srart veriləcək.

2015/16 mövsümü

25.10.2015. Premyer Liqa. Qəbələ - Zirə - 0:0

17.12.2015. Premyer Liqa. Zirə - Qəbələ - 1:0

Nicat Qurbanov, 24

02.03.2016. Azərbaycan kuboku. Zirə - Qəbələ - 1:2

Nelson Bonilla, 77 // Aleksey Qay, 75; Dodo, 84

09.03.2016. Azərbaycan kuboku. Qəbələ - Zirə - 5:1

Aleksey Qay, 5, 12; Rəşad Sadiqov, 17; Rəşad Eyubov, 65; Ermin Zets, 79 // Nurlan Novruzov, 36

13.03.2016. Premyer Liqa. Qəbələ - Zirə - 1:2

Aleksey Qay, 17 // Nelson Bonilya, 40, 84

07.05.2016. Premyer Liqa. Zirə - Qəbələ - 0:3

Rafael Santos, 26; Ermin Zets, 47, 79

2016/17 mövsümü

25.09.2016. Premyer Liqa. Zirə - Qəbələ - 0:2

Teo Uiks, 19;76

19.11.2016. Premyer Liqa. Qəbələ - Zirə - 1:0

Filip Ozobiç, 52

12.02.2017. Premyer Liqa. Zirə - Qəbələ - 2:2

Viktor İqbekoyi, 53; Riçard Qadze, 90+4 // Daniel Subotiç, 37; Filip Ozobiç, 88

02.04.2017. Premyer Liqa. Qəbələ - Zirə - 1:1

Sergey Zenyov, 8 // Sezar Meza Kolli, 61

2017/18 mövsümü

09.09.2017. Premyer Liqa. Qəbələ - Zirə - 1:1

Cavid Hüseynov, 90+1-p. // Viktor İqbekoyi, 74

28.10.2017. Premyer Liqa. Zirə - Qəbələ - 2:1

Milan Duriç, 19-p.; Sadio Tounkara, 38 // Famussa Kone, 72

17.02.2018. Premyer Liqa. Qəbələ - Zirə - 2:1

Stiven Monroz, 56; Baqali Dabo, 64 // Aleksandr Dedov, 39

08.04.2018. Premyer Liqa. Zirə - Qəbələ - 1:1

Milan Duriç, 53-p. // Stiven Monroz, 78

2018/19 mövsümü

05.10.2018. Premyer Liqa. Zirə - Qəbələ - 1:0

Miloş Radivoyeviç, 86

02.12.2018. Premyer Liqa. Qəbələ - Zirə - 0:0

03.03.2019. Premyer Liqa. Zirə - Qəbələ - 1:1

Fofana İsmael, 87 // Bəxtiyar Həsənalızadə, 57 (ö.q.)

19.04.2019. Premyer Liqa. Qəbələ - Zirə - 2:1

Davit Volkov, 20; Ceyms Adeniyi, 56 // Sadio Tounkara, 71

2019/20 mövsümü

06.10.2019. Premyer Liqa. Zirə - Qəbələ - 1:1

İlkin Muradov, 67 // Ülvi İsgəndərov, 65

30.11.2019. Premyer Liqa. Qəbələ – Zirə – 3:0

Rövlan Muradov, 13; Fernan Lopez, 42; Davit Volkov, 70

01.03.2018. Premyer Liqa. Zirə - Qəbələ - 1:2

İlkin Muradov, 21 // Fernan Lopez, 79; Rövlan Muradov, 88

2020/21 mövsümü

23.08.2020. Premyer Liqa. Qəbələ – Zirə – 1:1

Asif Məmmədov, 3 // Ağabala Ramazanov, 28

21.01.2021. Premyer Liqa. Zirə – Qəbələ – 2:0

Musa Qurbanlı, 45+1; Davit Volkov, 90+4

14.03.2021. Premyer Liqa. Qəbələ – Zirə – 1:1

Vinko Medimoreç, 23 // Fakundo Melivilo, 90+3

09.05.2021. Premyer Liqa. Zirə – Qəbələ – 0:0

Digər Xəbərlər
Xəbər Lenti