De Byazi Rövlanla ikili söhbətdə nə deyib? - TƏFƏRRÜAT

14 Oktyabr 2021 14:00 Qəbələ 1 127
De Byazi Rövlanla ikili söhbətdə nə deyib? - TƏFƏRRÜAT

“Qəbələ”nin futbolçusu Rövlan Muradov ilk dəfə ölkənin bir nömrəli millisinə dəvət aldı.

İrlandiya və Serbiya ilə matçların hazırlıqlarında iştirak edən 23 yaşlı yarımmüdafiəçinin adı iştirak ərizəsinə salınmadı ki, bu da başadüşüləndir.

Canni de Byazi “kreslosunun laxladığı” dönəmdə milli təcrübəsi olanlara şans verməliydi.

Toplanışda iştirak etməyin özü belə, “Qəbələ”nin cari mövsümdə diqqətləri üzərinə çəkən futbolçusunun xeyrinə olmalıdır.

Muradov Sportinfo.az-a açıqlamasında yığmaya dəvət almasını bu cür şərh edib:

“Aşağı yaş qruplarından ibarət millilərdə oynasam da, əsas yığmaya ilk dəfə çağrılırdım. Hisslərimi izah edə bilməyəcəyim dərəcədə sevincli idim.

Özümü yaxşı tərəfdən göstərməyə çalışırdım. Bacardığım qədər sərbəst olmağa çalışırdım.

Yəqin ki, ilk dəfə dəvət olunduğum üçün adım iştirak ərizəsinə salınmadı. Yenə də ən yaxşısını baş məşqçi bilir”.

Maraqlıdır, millinin italyan çalışdırıcıdı Rövlanla fərdi söhbət edib? Edibsə, nə deyib, hansı məsləhətləri görüb?

Səbəbkar ikili söhbətdə danışanları bizdən gizlətmədi: “Əlbəttə, ikili söhbətimiz oldu. Mənə dedi ki, məşqlərindən çox razıyam, amma üzərində daha çox işləyib, “artırmalısan”.

Dedi, səndən “Qəbələ”nin hər oyununda qol və qol ötürmələri gözləyirəm. Sağ olsun, çox isti münasibət göstərdi mənə, çox dəstək oldu”.

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”
23 Aprel 16:30 Çək və bizə göndər!