"Qəbələ"yə uduzdular

21 İyul 2021 20:30 Qəbələ 794
"Qəbələ"yə uduzdular

Azərbaycan Premyer Liqasının 2021/22 mövsümünə hazırlaşan klubların iştirakı ilə daha bir yoxlama oyunu keçirilib.

Sportinfo.az xəbər verir ki, ötən mövsümün uğursuzları “Səbail”lə “Qəbələ” Bakıda üz-üzə gəlib.

Qarşılaşma Bakı Olimpiya Stadionunda baş tutub. Görüşün ilk yarısında Elmar Baxşıyevin yetirmələri iki dəfə rəqib qapısına yol tapıb. Hər iki qola Ülvi İsgəndərov imza atıb.

Fasilədə hər iki komandanın heyətində dəyişikliklər olub. Paytaxt klubu ikinci yarıda fərqi azaltsa da, ardınca “Qəbələ” yenidən üstünlüyü artırıb. “Səbail” daha bir dəfə fərqlənsə də, məğlubiyyətdən qaça bilməyib.

Digər Xəbərlər
Xəbər Lenti
13 Sentyabr 20:40 Son söz AFFA-da!
13 Sentyabr 17:30 Çək və bizə göndər!
13 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
13 Sentyabr 04:40 "Biz dominant olmuşuq"
13 Sentyabr 03:20 Kanadalı "Lənkəran"da
13 Sentyabr 02:00 Kamran Quliyev hara getdi?