"Sabah"ın Böyük Britaniya planı - Çempionlar Liqası üçün

08:50 Sabah 111
"Sabah"ın Böyük Britaniya planı - Çempionlar Liqası üçün

Çempionlar Liqasının əsas mərhələsinin I turunda səfərdə "Mançester Yunayted"lə üz-üzə gələcək "Sabah" komandasının səfər planı bəlli olub.

Sportinfo.az xəbər verir ki, bu barədə Masazır təmsilçisinin mətbuat katibi Elnur Həmidov məlumat verib.

O, kollektivin sabah çarter reysi ilə İngiltərəyə yollanacağını söyləyib.

"Baş məşqçimiz Valdas Dambrauskasın oyundan əvvəl mətbuat konfransı sentyabrın 9-da, yerli vaxtla saat 19:30-da, komandanın açıq məşqi isə 20:00-da baş tutacaq".

"Mançester Yunayted" - "Sabah" oyunu sentyabrın 10-da, Bakı vaxtı ilə saat 23:00-da "Old Trafford" stadionunda start götürəcək.

Digər Xəbərlər
Xəbər Lenti
7 Sentyabr 23:40 Bu da o qollar - VİDEO