"Bizə belə bir qapıçı lazım idi - Yaxşı xüsisiyyətləri çoxdur”

20 İyul 2021 16:00 Qəbələ 1 199
"Bizə belə bir qapıçı lazım idi - Yaxşı xüsisiyyətləri çoxdur”

“Bizə belə bir qapıçı lazım idi və sevinirəm ki, bu transferi həyata keçirə bildik”.

Bu sözləri Sportinfo.az-a açıqlamasında “Qəbələ”nin baş məşqçisi Elmar Baxşıyev deyib.

2021-2022-ci illər mövsümünün hazırlıqlarını davam etdirən “Qəbələ” heyətinə yeni legioner qatıb.

Əyalət təmsilçisi kamerunlu qapıçı Kristof Atanqana-Assimba ilə 2 illik müqavilə imzalayıb. Bu, "qırmızı-qaralar"ın yay fasiləsində ilk legioner transferidir.

İspaniya vətəndaşlığı da olan 21 yaşlı kamerunlu qolkiper peşəkar karyerasını bu ölkənin klublarında keçirib. Kristof Bilbao “Atletik”i, “Baskoniya”, “Leyoa”, “Somorrostro”, “Arenas de Qetxo” klublarının formasını geyinib.

“Qəbələ” Atanqana-Assimbaya qədər Urfan Abbasov, Məqsəd İsayev və Nicat Mehbalıyevı heyətinə qatıb.

E.Baxşiyev Atanqandan gözləntilərinin böyük olduğunu bildirib:

“Onun yaşı çox olmasa da, kifayət qədər təcrübəlidir. Yaxşı xüsisiyyətləri çoxdur. Məsələn, soyuqqanlıdır, “çərçivə”də özünü rahat hiss edir, məsuliyyətlidir.

Onu bir müddətdir izləyirdim və fikirləşirdim ki, bura gəlsə, biz nə qədər kömək edə bilər.

Anar Nəzirovun gedişindən sonra Atanqananın “Qəbələ”də oynamağa razılıq verməsi lap yerinə düşdü”.

Digər Xəbərlər
Xəbər Lenti