"Boşluqları doldura bilmədik" - Elmar Baxşıyev

16 Aprel 2021 22:30 Qəbələ 934
"Boşluqları doldura bilmədik" - Elmar Baxşıyev

"Oyunun ağır keçəcəyini bilirdik. Ceyms Adeniyi, Merab Giqauri və Nikolas Raysel itkiləri ilə çıxmışdıq. Onların boşluğunu tam doldura bilmədik. Rəqibi layiqli qələbə münasibətilə təbrik edirəm. Çox istəkli idilər".

Sportinfo.az xəbər verir ki, bunu "Qəbələ"nin baş məşqçisi Elmar Baxşıyev səfərdə "Sumqayıt"a 0:2 hesabı ilə uduzduqları Azərbaycan Premyer Liqasının XXIII tur matçından sonra mətbuat konfransında deyib.

41 yaşlı mütəxəssis hələ təslim olmadıqlarını bildirib: "Bu gün ümumi oyun planında çatışmazlıq var idi. Oyunu müəyyən oyunçular üzərində qurursan, onlar olmadıqda rotasiyalar edirsən və bu da keyfiyyətdə düşkünlüyə səbəb olur. Amma ruhdan düşməmişik".

Baxşıyev Asif Məmmədovun erkən əvəzlənməsinin oyuna təsirsiz ötüşmədiyini də diqqətə çatdırıb: "Asif komandanı həm müdafiə, həm də hücum planında toparlaya biləcək futbolçudur. Amma itki təkcə o deyildi. Zədəli və cəzalı futbolçularımızın qayıdışından sonra komandanı toparlayacağımıza ümid edirəm". (Report.az)

Digər Xəbərlər
Xəbər Lenti