“Qəbələ”nin tərəfindədir - “Sumqayıt”ın kabusu gəlir

16 Aprel 2021 13:20 Qəbələ 785
“Qəbələ”nin tərəfindədir - “Sumqayıt”ın kabusu gəlir

Bu həftə Azərbaycan Premyer Liqasında XXIII tura start veriləcək.

Sportinfo.az xəbər verir ki, “Qəbələ” ilk oyun günündə “Sumqayıt”la qarşılaşacaq.

“Qırmızı-qaralar” cari mövsümün üç oyununda uduzmadığı “gənclik şəhəri” təmsilçisinin qonağı olacaq. Son iki matçda eyni – 1:0 hesabı ilə qalib gələn komanda bu dəfə səfər sınağına çıxacaq.

Sumqayıtdakı “Kapital Bank Arena”da təşkil olunacaq qarşılaşma iki komanda arasında 36-cı duel kimi tarixə düşəcək. İndiyədək 35 dəfə üz-üzə gələn rəqiblərin görüşlərində üstünlük “Qəbələ”nin tərəfindədir.

Aktivində 21 qələbə olan “qırmızı-qaralar” 10 heç-heçə edib və 4 dəfə uduzub. Rəqib qapısından 57 top keçirən əyalət futbolçuları 25 top buraxıblar.

“Qəbələ”nin “Sumqayıt”la matçlardakı ən yaxşı bombardiri Viktor Mendidir. Onun hesabında 7 top var.

“Qəbələ” və “Sumqayıt” Premyer Liqa çərçivəsində 35-ci dəfə görüşəcək. Çempionatdakı 34 görüşdən 20-də üç xala sevinən komanda 10 dəfə bir xalla kifayətlənib və yalnız 4 dəfə uduzub.

“Qırmızı-qaralar” bu oyunlarda 56 qol vurub, 25-ni buraxıb.

17-ci dəfə “Sumqayıt”ın qonağı olacaq “Qəbələ” səfərdə 16 oyun keçirib. Rəqib meydanından 7 dəfə qalib dönən futbolçular 6 heç-heçə edib və 3 dəfə məğlubiyyətlə üzləşib. Səfərdə 23 qol vuran komanda 15 top buraxıb.

Aprelin 16-da keçiriləcək “Sumqayıt” - “Qəbələ” matçı saat 20:15-də başlayacaq.

“Qəbələ” - “Sumqayıt”: Bütün oyunlar

2011/12 mövsümü

14.08.2011. Premyer Liqa. Sumqayıt Şəhər - Qəbələ - 1:2

Orxan Əliyev, 90+3 - Dodo, 5, Daniel Lopes Kruz, 41

04.12.2011. Premyer Liqa. Qəbələ - Sumqayıt Şəhər - 3:1

Serj Cehua, 37, Dodo, 70, Viktor Mendi, 86 - Samir Abasov, 39

2012/13 mövsümü

26.08.2012. Premyer Liqa. Qəbələ - Sumqayıt - 4:1

Bruno da Silva, 33, Umar Kalabane, 53, 71, Rəşad Abdullayev, 55 - Ruslan Qurbanov, 18

8.12.2012. Premyer Liqa. Sumqayıt - Qəbələ - 0:1

Viktor Mendi, 39

2013/14 mövsümü

19.08.2013. Premyer Liqa. Sumqayıt - Qəbələ - 2:1

Vüqar Əsgərov,4, Ruslan Qurbanov, 62-p. - Yannik Kamanan, 12

25.10.2013. Premyer Liqa. Qəbələ - Sumqayıt - 2:0

Daniel Subotiç, 24, Dodo, 63

02.02.2014. Premyer Liqa. Sumqayıt - Qəbələ - 0:3

Viktor Mendi, 3, Lorenzo Ebesilio, 55, Leonardo da Silva, 57

17.05.2014. Premyer Liqa. Qəbələ - Sumqayıt - 3:1

Viktor Mendi, 39, Lorenzo Ebesilio, 86, Abdulvahid Afolabi, 90+2 - Məhəmməd Qurbanov, 7

2014/15 mövsümü

24.10.2014. Premyer Liqa. Qəbələ - Sumqayıt - 3:1

Cavid Hüseynov, 77, Pavol Farkaş, 88, Ekiqo Ehiosun, 90+2 - Ramazan Abbasov, 40

18.12.2014. Premyer Liqa. Sumqayıt - Qəbələ - 1:1

Məhəmməd Qurbanov, 67 - Cavid Hüseynov, 86 (p.)

08.03.2015. Premyer Liqa. Qəbələ - Sumqayıt - 2:0

Viktor Mendi, 23, 34

08.05.2015. Premyer Liqa. Sumqayıt - Qəbələ - 0:2

Aleksey Qay, 39, Viktor Mendi, 41

2015/16 mövsümü

21.09.2015. Premyer Liqa. Qəbələ - Sumqayıt - 1:0

Aleksey Qay, 90+2 (p.)

21.11.2015. Premyer Liqa. Sumqayıt - Qəbələ - 2:2

Uğur Pamuk, 29, Ağabala Ramazanov, 69 - Cəmil Hacıyev, 40 (ö.q), Samir Zərgərov, 71

14.02.2016. Premyer Liqa. Qəbələ - Sumqayıt - 1:0

Ermin Zets, 69

09.04.2016. Premyer Liqa. Sumqayıt - Qəbələ - 1:1

Aleksey Qay, 65 - Pərdis Fərcad-Azad, 85 (p.)

2016/17 mövsümü

22.09.2016. Premyer Liqa. Qəbələ - Sumqayıt - 2:0

Baqali Dabo, 85; 90

25.10.2016. Premyer Liqa. Sumqayıt - Qəbələ - 2:2

Yusif Nəbiyev, 47; Amil Yunanov, 90+4 (p.) - Rəşad Eyubov, 64; Filip Ozobiç, 73

28.01.2017. Premyer Liqa. Qəbələ - Sumqayıt - 1:1

Vitali Vernidub, 58 - Məhəmməd Qurbanov, 53

29.04.2017. Premyer Liqa. Sumqayıt - Qəbələ - 2:1

Amil Yunanov, 27; Mirabdulla Abbasov, 29 - Asif Məmmədov, 40

2017/18 mövsümü

20.08.2017. Premyer Liqa. Qəbələ - Sumqayıt - 1:0

Tellur Mütəllimov, 40

14.10.2017. Premyer Liqa. Sumqayıt - Qəbələ - 0:1

Famoussa Kone, 29

02.04.2018. Premyer Liqa. Qəbələ – Sumqayıt – 1:1

Stiven Monroz, 55 - Nicat Qurbanov, 83

12.05.2018. Premyer Liqa. Sumqayıt – Qəbələ – 0:2

Baqali Dabo, 37; Cavid Hüseynov, 88

2018/19 mövsümü

25.08.2018. Premyer Liqa. Qəbələ – Sumqayıt – 1:1

Təmkin Xəlilzadə, 43 (p.) - Yusif Nəbiyev, 90+3

27.10.2018. Premyer Liqa. Sumqayıt – Qəbələ – 2:2

Şəhriyar Əliyev, 7, 19 - Stiven Monroz, 42; Atakora Lalavele, 56

03.02.2019. Premyer Liqa. Qəbələ – Sumqayıt – 1:0

Stiven Monroz, 84

11.05.2019. Premyer Liqa. Sumqayıt – Qəbələ – 1:0

Ülvi İsgəndərov, 68

19.05.2019. Azərbaycan Kuboku. Qəbələ – Sumqayıt – 1:0

Stiven Monroz, 3

2019/20 mövsümü

17.08.2019. Premyer Liqa. Qəbələ – Sumqayıt – 0:2

Mehdi Şərifi, 13, 26

08.12.2019. Premyer Liqa. Sumqayıt – Qəbələ – 1:1

Peyman Babayi, 31 (p.) // Fernan Lopez, 23

07.03.2020. Premyer Liqa. Qəbələ – Sumqayıt – 5:0

Nikolas Raysel, 34, 89 (p.); Amin Seydiyev, 37; Rövlan Muradov, 52; İviça Juniç, 63

2020/21 mövsümü

03.10.2020. Premyer Liqa. Qəbələ – Sumqayıt – 1:1

Rafael Utriq, 44 // Əli Qurbani, 26

30.11.2020. Premyer Liqa. Sumqayıt – Qəbələ – 0:1

Rafael Utriq, 16

25.02.2021. Premyer Liqa. Qəbələ – Sumqayıt – 1:0

Ceyms Adeniyi, 51

Digər Xəbərlər
Xəbər Lenti