"Qarabağ”da həsrət nə qədər çəkəcək?

3 Dekabr 2020 19:20 Qarabağ 545
"Qarabağ”da həsrət nə qədər çəkəcək?

Azərbaycan çempionu “Qarabağ” avrokubokların qrup mərhələsində ev qələbəsi qazana bilmir.

Sportinfo.az xəbər verir ki, Ağdam təmsilçisi öz meydanında son uğurunu 1505 gün əvvəl əldə edib.

2016-cı il oktyabrın 20-də Qurban Qurbanovun yetirmələri Yunanıstan PAOK-unu 2:0 hesabı ilə məğlubiyyətə uğradıb. Avropa Liqasının həmin matçından sonra ağdamlılar öz meydanındakı qrup görüşlərində qələbəyə həsrətdir.

Təmsilçimiz evdəki son 12 qrup matçında 3 heç-heçə edib, 9 dəfə məğlub olub. Bu gün İsrailin “Makkabi” (Təl-Əviv) klubunu İstanbulda qəbul edəcək (apasport.az)

“Qarabağ” qardaş ölkədə keçirdiyi ev matçında uğursuz seriyanı qırmağa çalışacaq.

Digər Xəbərlər
Xəbər Lenti
10 Sentyabr 21:00 Mümkün deyil ki?
10 Sentyabr 17:10 Çək və bizə göndər!
10 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
10 Sentyabr 07:50 Aslanla gücləndilər - 1 il