"Heç kimlə problemimiz yoxdur, "Qarabağ"la matça..."

1 Dekabr 2020 21:20 Qarabağ 471
"Heç kimlə problemimiz yoxdur, "Qarabağ"la matça..."

"Bütün komandalar çətin vaxtlardan keçir. Biz də bunu ən çox yaşayan komandalardan biriyik".

Sportinfo.az xəbər verir ki, bunu "Sivasspor"un baş məşqçisi Rıza Çalımbay klubun rəsmi telekanalına açıqlamasında deyib.

Heyətlə bağlı problemlərdən söz açan 57 yaşlı mütəxəssis yerli çempionatda hakimlərin idarəçiliyinə də toxunub. O, növbəti dəfə hakim qərarlarından şikayətini dilə gətirib:

"İtkilərimiz çoxdur, "Qarabağ"la matça 14 nəfərlə çıxmışdıq. "Göztəpə" ilə çempionat oyununda da itkilərimiz var idi. Həftədə 3 görüş keçiririk.

Avrokubok qarşılaşmalarını həm Türkiyə, həm də özümüz üçün oynayırıq. Son həftələrdə çoxlu sayda hakim səhvləri ilə üzləşdik. Bizim heç kimlə problemimiz yoxdur. Sadəcə, ədalətli idarəçilik tələb edirik".

"Sivasspor" Avropa Liqasının qrup mərhələsinin IV turunda İstanbulda "Qarabağ"a 3:2 hesabı ilə qalib gəlib.

Digər Xəbərlər
Xəbər Lenti
15 Sentyabr 18:10 Çək və bizə göndər!
15 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
15 Sentyabr 11:20 "Şikayətlənə bilmərik"
15 Sentyabr 03:50 Nəbiyevdən uğurlu debüt
15 Sentyabr 03:40 Yığmamız finalı uduzdu
15 Sentyabr 02:30 “Zelenskinin komandası”