Qurbanov özünü hamıdan izolyasiya edib – Bir neçə səbəbdən

29 Noyabr 2020 17:40 Qarabağ 1 009
Qurbanov özünü hamıdan izolyasiya edib – Bir neçə səbəbdən

Bir qədər öncə xəbər verdiyimiz kimi, “Qarabağ” Premyer Liqanın XI turunun oyununa baş məşqçisiz çıxıb.

Ağdam klubunun çalışdırıcısı Qurban Qurbanov “Səbail”lə bu gün keçirilən qarşılaşmada iştirak etmir.

Bir gün öncə komanda ilə Ağdama da yollanmayan mütəxəssis kimi oğlu Musa Qurbanlı da kənarda qalıb. Sonuncu Avropa Liqasının “Sivasspor”la Türkiyədəki görüşündə də “23-lük”də deyildi.

Musanın Azərbaycan millisinin düşərgəsindən qayıtması koronavirusa ehtimalı yaradır. Çünki yığmanın düşərgəsində infeksiya yayılmışdı.

Həm Qurbanov, həm də Qurbanlının “Səbail”lə matçı buraxması da eyni şübhələrə əsas verib. Onların özlərini yaxşı hiss etmədiyi bildirilsə də, bunun koronavirusla bağlılığı da istisna deyil.

Qurbanov stadiona gəlməsə də, adı oyunun protokoluna qeyd olunub. O, hazırda evdədir və matçın gedişi ilə bağlı tapşırıqlarını köməkçiləri vasitəsilə komandaya verir.

Bizə gəlib çatan son məlumata görə, Qurban bəy hazırda soyuqdəymə və fiziki yorğunluqdan əziyyət çəkir. Onda korona şübhəsi var.

Beş aydır sıx qrafiklə çalışan mütəxəssis «Sivasspor»la Avropa Liqası oyunundan sonra həkim müayinəsindən keçib və həkimlər immunitetinin aşağı düşməsiylə bağlı onu bilgiləndiriblər.

Sstresli işdən bir neçə günlük də olsa, kənar dayanmağı Qurbanova məsləhət görüblər. O da həkim tövsiyəsinə riayət edərək. Özünü cəmiyyətdən sosial izolyasiya edib və «sistem» qəbuluna başlayıb.

Oğlu Musaya gəlincə, 18 yaşlı hücumçu növbəti dəfə koronavirus testi verib. onda xəstəliyin müəyyən simptomlarına rast gəlinməsinə dair xəbərlər var.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti