COP29

Kanal pul ödədi, "Qarabağ" - "Qalatasaray" qarşılaşmasının Türkiyədə yayımını aldı

23 Mart 2023 09:40 Qarabağ 575
Kanal pul ödədi, "Qarabağ" - "Qalatasaray" qarşılaşmasının Türkiyədə yayımını aldı

Martın 26-da Bakıda keçiriləcək «Qarabağ» - «Qalatasaray» qarşılaşması Türkiyədə də yayımlanacaq.

Bu barədə Sportinfo.az-a Azərbaycan çempionunun mətbuat xidmətinin rəhbəri Gündüz Abbaszadə məlumat verib.

Onun bildirdiyinə görə, «Haber Global» Bakı Olimpiya Stadionunda (BOS) təşkil olunacaq yoldaşlıq görüşünü qardaş ölkə futbolsevərlərinə nümayiş etdirəcək.

Artıq bununla bağlı tərəflər arasında razılıq əldə olunub və «Haber Global» yayım xərcini ödəyib.

BOS-dakı xeyriyyə matçı saat 20:00-da başlayacaq. Buradan əldə olunacaq Türkiyədə zəlzələdən zərər görmüş insanlara ianə ediləcək.

Digər Xəbərlər
Xəbər Lenti