Azərbaycan Premyer Liqasında V tura yekun vurulub.
Sportinfo.az xəbər verir ki, turun son oyununda çempion “Qarabağ” meydana çıxıb.
Ağdam təmsilçisi “ASCO Arena”da “Səbail”in qonağı olub. Qurban Qurbanovun yetirmələri erkən qolla hesabı açıblar.
3-cü dəqiqədə Hamidu Keyta fərqlənib. Lakin meydan sahibləri fasiləyə qədər vəziyyəti xeyirlərinə dəyişə biliblər.
17-ci dəqiqədə penaltidən “status-kvo”nu bərpa edən Aleksandr Ramalinqom 42-ci dəqiqədə dubla imza atıb.
İkinci hissə qarşılıqlı hücumlarla keçsə də, komandalar əllərinə düşən imkanlardan yararlana bilməyiblər.
Nəticədə güclü rəqibini 2:1 hesabı ilə məğlub edən “Səbail” ardıcıl ikinci qalibiyyətini əldə edib.
Beş turdan sonra hər iki komandanın hesabında 7 xal var.