Makedoniya klubu Elvini transfer etməsinə peşman olub? - VİDEO

15 Sentyabr 2020 10:24 Qarabağ 1 026
Makedoniya klubu Elvini transfer etməsinə peşman olub? - VİDEO

Şimali Makedoniya çempionatında 5-ci turun oyunları keçirilib.

Sportinfo.az xəbər verir ki, azərbaycanlı müdafiəçi Elvin Yunuszadənin formasını geyindiyi “Şkupi” də növbəti matçına çıxıb.

Sözügedən komanda səfərdə “Vardar”la qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb – 0:1.

Elvin bu görüşün iştirakçısı olmayıb. O, sonadək ehtiyatda qalıb. “Şkupi” 5 oyuna topladığı 10 xalla 12 kollektiv arasında 3-cü pillədə qərarlaşıb.

Digər Xəbərlər
Xəbər Lenti
1 Noyabr 18:10 Çək və bizə göndər!