"Azərbaycan millisinin bütün oyunlarını hərtərəfli analiz etmişik"

13 Avqust 2020 00:00 Qarabağ 993
"Azərbaycan millisinin bütün oyunlarını hərtərəfli analiz etmişik"

"Bu, futbolçuları daha yaxşı tanımaq mənasında vacibdir".

Sportinfo.az xəbər verir ki, bu fikirlər yığmamızın yeni baş məşqçisi Canni De Byaziyə məxsusdur.

Bakıya gəldikdən sonra əvvəlcə "Bank Respulika Arena"da "Sabah" - "Qəbələ" matçını (2:0), daha sonra isə "Azersun Arena"da "Qarabağ" - "Sabah" (2:0) oyununu izləyən 64 yaşlı italyan i ikinci görüşün daha maraqlı keçdiyini söyləyib:

"Onlarla hələ şəxsən tanış deyiləm. Amma köməkçilərimlə birlikdə Azərbaycan millisinin bütün oyunlarını izləyib hərtərəfli analiz etmişik.

İndi isə daha yaxından baxıb, komandanı anlamağa ehtiyac var. "Sabah" - "Qarabağ" oyunu çox maraqlı keçdi. Hər iki komanda keyfiyyətlidir. "Qarabağ" qələbə qazansa da, hər iki tərəf yaxşı futbol sərgilədi".

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!