"Qarabağ"ın hücumçusu məşhur klubla müqavilə bağladı

28 Fevral 2020 17:38 Qarabağ 2 599
"Qarabağ"ın hücumçusu məşhur klubla müqavilə bağladı

Azərbaycanın legioner həyatı yaşayan futbolçularının siyahısına daha bir ad əlavə olunub.

Sportinfo.az-ın məlumatına görə, o, «Qarabağ»ın hücumçusu Amin Qarayevdir.

Ağdam təmsilçisinin 15 yaşlılardan ibarət komandasının formasını geyinən yeniyetmə Tbilisi «Dinamo»su ilə müqavilə bağlayıb.

"Qarabağ" istedadlı forvardın Gürcüstanın ən məşhur klubu ilə 3 illik müqavilə bağlamasına şərait yaradıb. Azərbaycan çempionu U-16 yığmasına da dəvət alan Aminin keçidi üçün «Dinamo»dan təzminat istəməyib.

Digər Xəbərlər
Xəbər Lenti