"Gözləyək, "Qarabağ"ın mənimlə bağlı qərarı nə olacaq"

6 Dekabr 2019 00:42 Qarabağ 1 759
"Gözləyək, "Qarabağ"ın mənimlə bağlı qərarı nə olacaq"

"Qarabağ"ın yarımmüdafiəçisi Dani Kintana daha bir neçə il komandada qalmaq arzusundadır. Sportinfo.az xəbər verir ki, bunu apasport.az-a açıqlamasında ispaniyalı futbolçu özü deyib.

Kintana 2015-ci ildən "Qarabağ"ın şərəfini qoruyur. 32 yaşlı hücumameyilli oyunçu cari mövsümün sonuna qədər olan müqavilə müddətini uzatmaqda maraqlıdır. Ancaq o, bu məsələdə klubun qərarından da çox şey asılı olduğun bildirib:

"Təbii ki, "Qarabağ"da qalmaq istərdim. Bu komandada xoşbəxtəm. Eyni zamanda ailəm Bakıda çox rahat və xoşbəxtdir. Gözləyək görək, klubun mənimlə bağlı mövqeyi necə olacaq. Əlbəttə ki, birlikdə qərar verəcəyik".

Digər Xəbərlər
Xəbər Lenti
18 Oktyabr 18:50 Çək və bizə göndər!
18 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
18 Oktyabr 08:20 Əsgərov PAOK yolunda
18 Oktyabr 03:50 UEFA-nın kursu Qubada
18 Oktyabr 01:00 “Qarabağ”a qayıtdı!