COP29

SÖZÜN DÜZÜ: "Yaxşı qurtardıq, qoy bu, "Qarabağ"a dərs olsun!" - VİDEO

1 Dekabr 2023 14:00 Qarabağ 3 025
SÖZÜN DÜZÜ: "Yaxşı qurtardıq, qoy bu, "Qarabağ"a dərs olsun!" - VİDEO

“Qarabağ” dünən Avropa Liqasının H qrupunun 5-ci turu çərçivəsində səfərdə “Molde” ilə heç-heçə oynadı - 2:2.

Sportinfo TV-nin aparıcı-eksperti Elçin Cəfərov deyib ki, Norveçdə bəxtimiz gətirdi:

“Matçdan öncəi təhlilimizdə qeyd etmişdik ki, rəqib toplu oyunda yaxşı təsir bağışlayır. Yəni, topu onlara verib müdafiə olunmağa çalışsaq, heç də işimiz yaxşı getməyəcək.

Belə də oldu. Çünki bundan əvvəlki mövsümlərdəki avrokubok oyunlarında şahidi olmuşuq ki, “Qarabağ” öz ənənəsinə sadiq qalıb, qısa ötürmələri oyuna üstünlük verdikdə, topu özündə saxladıqda, daha yaxşı təsir bağışlayır.

Dünən Julio Romaonun yoxluğu hiss edildi. Geri dönən topları qazan bilmədik.

Top “Molde“də olarkən, mövqe sığortalarında ciddi problemlər yaşadıq. Qazonunda sünu olması, şaxtalı hava şəraiti də normal hücumlar qurmaqda “Qarabağ“a çətinlik yaşatdı.

Bir sözlə, bəxtimiz gətirdi, sonuncu dəqiqələrdə qol vuraraq məğlubiyyətdən xilas olduq”.

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN:

Digər Xəbərlər
Xəbər Lenti
26 İyul 18:10 Çək və bizə göndər!