COP29

"Bu uğuru qazanmağa görə ölməyə belə hazır idik"

23 Fevral 14:20 Qarabağ 753
"Bu uğuru qazanmağa görə ölməyə belə hazır idik"

“Qarabağ”ın monteneqrolu legioneri Marko Veşoviç 1/8 finala adlamaqları barədə danışıb.

Sportinfo.az xəbər verir ki, müdafiəçi “Braqa” ilə dünənki cavab görüş haqda açıqlamasında bunları söyləyib:

“Biz xoşbəxtik, razıyıq. Biz tarixi nəticə əldə etdik.

Bu uğuru qazanmağa görə ölməyə belə hazır idik. Növbəti mərhələyə vəsiqə qazandıq.

Bu, bizim üçün çox vacibir. Biz xarakterimizi göstərdik. Güclü rəqibə qarşı yüksək səviyyədə oyun nümayiş etdirdik”.

Marko öz oyunundan da razı qalıb:

“Komandama kömək etdim. Düşünürəm ki, bütün oyunçular yaxşı oynadılar.

Bütün oyunçular 100 faiz güclərini, ürəklərini ortaya qoydular. Emosional bir matç idi.

Yəqin ki, hamı bunu görürdü. Düşünürəm, azarkeşlər də bu gün xoşbəxt və razıdırlar”.

Veşoviç 1/8 finaldakı potensial rəqibləri haqda belə deyib: “Heç bir rəqibə üstünlük vermirəm. Sadəcə şadıq və bu andan həzz almaq istəyirik”.

Digər Xəbərlər
Xəbər Lenti
26 İyul 18:10 Çək və bizə göndər!