COP29

Ayrılıq xəbəri manşet olan "Qarabağ"lı: "Bu söhbətləri özümdən uzaq tuturam"

11 Fevral 17:45 Qarabağ 1 858
Ayrılıq xəbəri manşet olan "Qarabağ"lı: "Bu söhbətləri özümdən uzaq tuturam"

"Qış fasiləsində "Qarabağ”ı tərk etməsi an məsələsi olan futbolçu Leandro Andrade idi.

Son dönəmlər əla forma yığan afrikalı legionerə Çindən “Şanxay Şenxua“ və Rusiyadan “Rubin“ dəvət göndərmişdi.

Asiyalılar “Qarabağ“a 2,5 milyon avro təzminat ödəməyə hazır idisə, ruslar bundan 1 milyon avro az təklif edirdi.

Lakin Qurban Qurbanov onun gedişinə razılaşmadı.

Və iki gün əvvəl orta sahə oyunçusu ilə yeni müqavilə imzalandı.

Kabo-verdeli yarımmüdafiəçi 2027-ci il iyunun 30-dək müddəti olan anlaşmaya qol çəkib.

Maraqlıdır, transfer söz-söhbətlərinin getdiyi dönəmdə Andrade "Qarabağ"dan ayrılmaq barədə heç düşünübmü?

Cavabı Andradenin dilindən eşidək:

"Futbolda belə təkliflərin olması normaldır. Hər şey rəhbərlər arasında olan danışıqlardan asılıdır. Mən daha çox çalışıram ki, diqqətimi futbola yönəldim.

Belə şeylər olanda imkan vermirəm ki, fikrim yayınsın. Bu söhbətləri özümdən uzaq tuturam. Qoy klublar öz aralarında danışıq aparsın. Hazırda bütün fikrim "Qarabağ"ın qarşıdakı oyunlarına cəm olub".

24 yaşlı futbolçu 2022-ci ilin yanvarından komandanın formasını geyinir. Andrade “Qarabağ”ın heyətində 86 oyun keçirib və 22 qol vurub.

O, Premyer Liqada 55 (16 qol), kubokda 8 (1 qol), avrokuboklarda 23 (5 qol) matçda iştirak edib.

Leandro “Qarabağ”ın heyətində iki dəfə (2021/22, 2022/23) Azərbaycan çempionu, bir dəfə (2021/22) ölkə kubokunun qalibi olub.

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
26 İyul 18:10 Çək və bizə göndər!
26 İyul 00:10 "Nə olacaqsa, olacaq"