COP29

“Qarabağ” “Molde”ni dilə-dişə salıb: “Gedin, sizə ora yaraşır”

4 Dekabr 2023 20:00 Qarabağ 7 127
“Qarabağ” “Molde”ni dilə-dişə salıb: “Gedin, sizə ora yaraşır”

“Qarabağ” Norveç səfərindən hava-su kimi vacib 1 xalla qayıtdı.

Təmsilçimiz “Molde” ilə görüşün ilk yarısında hesabı açsa da, rəqib ikinci hissənin gedişində 2 top vurmağa nail olmuşdu.

Bəhlul Mustafazadənin qarşılaşmanın son saniyələrində meydan sahiblərinin qapısından keçirdiyi top “köhlən atlar”a həyat verdi.

“Qarabağ”ın Norveçdə məğlub olması Avropa Liqasının pley-off mərhələsinə yüksəlmək şansını möcuzəyə çevirəcəkdi. Qeydə alınan bərabərlikdən sonra isə təmsilçimiz pley-offun qapılarını araladı.

Oyun başa çatandan sonra “Molde”nin məşqçi və futbolçu heyətinin məyusluğunu gördük. Lakin üzgün duruma düşən təkcə onlar deyildi. Azarkeşlər də komanda üzvlərinin vəziyyətində idi.

“Molde” fanatları klubun sosial şəbəkə hesablarında “Qarabağ”la matçdakı heç-heçəyə görə kəskin sözlər yazıb:

“Bu komandanın yeri elə Konfrans Liqasıdır”.

“8 dəfə 100 faizlik qol şansını boşa verən komanda bundan artıq nə gözləyirdi?”

“Hesab 2:1 olandan sonra Erlinq Monun (baş məşqçi) tapşırığı rəqibin qol vurmasına hesablanmışdı. Təbrik edirəm, baş məşqçi istəyinə çatdı”.

“Bu rəhbərliklə uzağa getmək mümkün deyil. Gedin Konfrans Liqasına, sizə ora yaraşır”.

“Çempionatda 5-ci yer, qrupda 3-cü yer. “İnkişafa” doğru sürətlə irəliləyirsiniz. Onsuz da azarkeşləri stadiondan küsdürmüsünüz. Görək bundan sonra oyunlarınıza kim gələcək”.

“Qolumda “Molde”nin loqosunun tatusunu daşıyıram. Artıq o da sızıldamağa başlayıb”.

“Açıq-aşkar 33-4 top fərqi ilə udmalı olduğumuz oyunu rəqibə hədiyyə etdiniz. Brazo sizə”.

5 turdan sonra “Bayer” 15 xalla qrup lideridir. “Qarabağ”ın aktivində 9, “Molde”nin 6 xalı var. Xal üzünə həsrət qalan “Hekken” sonuncudur.

Təmsilçimiz dekabrın 14-də “Hekken”i Bakıda məğlub etsə, “Bayer” – “Molde” qarşılaşmasının yekun nəticəsindən asılı olmayaraq pley-off mərhələsinə yüksələcək.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
26 İyul 18:10 Çək və bizə göndər!
26 İyul 00:10 "Nə olacaqsa, olacaq"