“Qarabağ” şaxtalı Norveçdən Azərbaycana işıq saçdı - VİDEOLAR

1 Dekabr 2023 03:10 Qarabağ 844
“Qarabağ” şaxtalı Norveçdən Azərbaycana işıq saçdı - VİDEOLAR

“Qarabağ” bu gün Avropa Liqasının qrup mərhələsində növbəti oyununu keçirib.

Sportinfo.az xəbər verir ki, “köhlən atlar” Norveçdə “Molde”nin qonağı olub.

6 xala malik komandalar H qrupunda 2-3-cü yerləri bölüşdürürdülər. “Qarabağ” qələbə qazanacağı təqdirdə Avropa Liqasının pley-off mərhələsinə vəsiqəni rəsmiləşdirəcəkdi.

Oyunda hesabı da Azərbaycan təmsilçisi açıb. Amma meydan sahibləri matçın sonlarında iki qol vurmağı bacarıblar.

Ruhdan düşməyən Azərbaycan təmsilçisi əlavə vaxtda hesaba tarazlıq gətirməyi bacarıb. Beləcə, “Qarabağ” çətin səfərdən vacib heç-heçə ilə qayıdıb və ikinci pillədəki mövqeyini qoruyub.

Digər Xəbərlər
Xəbər Lenti
10 Sentyabr 21:00 Mümkün deyil ki?
10 Sentyabr 17:10 Çək və bizə göndər!
10 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
10 Sentyabr 07:50 Aslanla gücləndilər - 1 il
10 Sentyabr 02:40 Moldovadan 3 qol “yedik”