“Qarabağ”ın ləzzətli axşamından VİDEO+FOTOREPORTAJ

23 Sentyabr 02:00 Qarabağ 412
“Qarabağ”ın ləzzətli axşamından VİDEO+FOTOREPORTAJ

“Qarabağ” Avropa Liqasının qrup mərhələsində mübarizəyə start verib.

Sportinfo.az xəbər verir ki, H qrupunda yer alan Azərbaycan çempionu ilk oyununu Norveç klubu “Molde”yə qarşı keçirib.

Tofiq Bəhramov adına Respublika stadionunda baş tutan görüşün birinci hissəsi o qədər də sürətli alınmayıb. Nəticədə fasiləyə qədər qapılara qol vurmaq mümkün olmayıb.

Ağdamlılar ikinci hissədə tempi artırıblar. Ardıcıl hücumlar 56-cı dəqiqədə bəhrəsini verib. Leandro Andrade qapı qarşısına ötürülən topu tora göndərərək, hesabı açıb.

Bu qol həm də matçın taleyini həll edib. Qarşılaşmada başqa qol olmadığından, “Qarabağ” rəqibinə 1:0 hesabı ilə qalib gəlib.

Digər Xəbərlər
Xəbər Lenti
30 Noyabr 23:40 "Bəli, məyusluq oldu"