COP29

Mutu gəlişi ilə üzləri güldürdü: “Elə bil, forsaj qoşublar”

16 İyul 2023 22:00 Qarabağ 2 878
Mutu gəlişi ilə üzləri güldürdü: “Elə bil, forsaj qoşublar”

“Neftçi” Adrian Mutunun rəhbərliyi altında ilk oyuna çıxdı.

“Fənərbağça” ilə qarşılaşmanı izləyənlər komandanın çıxışındakı fərqi mütləq ki, gördü.

“Ağ-qaralar”ın müdafiə xətti “Zenit” və “Srvena Zvezda” ilə qarşılaşmalardan fərqli kifayət qədər inamlı təsir bağışladı, hər bir futbolçu meydanda olduğu müddətdə əzmkarlığı ilə diqqət çəkdi.

Oyunçuların özünü Mutuya göstərmək istədiyi hiss olunurdu. Təbii ki, yeni çalışdırıcı avrokubok matçları öncəsi futbolçuların hər birini diqqətdə saxlayacaq, beynəlxalq oyunlarda hazır olanlara şans verəcək.

Məhz bu səbəbdən “Fənərbağça”yla matç Rusiya və Serbiya çempionları ilə duellərdən açıq-aşkar fərqləndirdi.

Oyunu televiziya vasitəsi ilə canlı izləyən “Neftçi” azarkeşləri də artıq inamlı və ümidli görünür. Rumın mütəxəssisin debüt görüşündə komandanın inamlı təsir bağışlaması fanatların üzünü güldürüb.

Sosial şəbəkələrdə yazılan rəylərdə ümumi vəziyyəti hiss etmək çətin deyil:

“Yaxşı oynadız. Hücumların təşkili və sürəti yaxşı idi. Ümid edirəm yeni baş məşqçi komandaya fayda verəcək”.

“Mutu 2 gündə az da olsa nəsə etməyi bacarıb. Bu dəfə oyun dəsti-xətti hiss olundu”.

“Mutu gəlib, oyunçulara elə bil forsaj qoşublar. Komandada əzmkarlıq, döyüşkənlik artıb”.

“Sayefə bax, ölmüşdü neçə vaxtdır. Yeni məşqçini görüb, özünü göstərirdi. Nə qəşəng oynadı bu dəfə”.

“Nəticədən asılı olmayaraq az da olsa məşqçi işi göründü. Düzdür, indidən nəsə demək çətindir. Amma meydanda mübarizə var idi”.

“Baş məşqçi yenidir, başa düşürəm. Amma komandanın mübariz görünməsi onun əməyinin nəticəsiydi. Futbolçulara lazım olan sözləri demişdi deyə, meydanda özlərini öldürürdülər. Qaçmayan şans qazanmayacaq. Məşqçi belə olmalıdır”.

“Əvvəlki iki oyunla müqayisədə bu dəfə əməlli-başlı fərq var idi. “Neftçi” ruhu gördük ən azından. Uduzsan da, döyüşməyi bacarmalısan”.

“Əladır, ləzzət etdi. 5-6 normal transfer olsa, əsl “Neftçi”ni görəcəyik”.

“Matç TV kuboku”nda “Zenit”ə 1:3, “Partizan”a 0:4 hesabı ilə uduzan “ağ-qaralar” “Fənərbağça”ya da məğlub olub – 0:1.

Bakılılar növbəti yoldaşlıq görüşünü iyulun 18-də Moskva “Spartak”ına qarşı keçirəcək.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
18 May 14:20 Rumıniyaya uduzduq