Qurban Qurbanov Şeydayevlə bağlı qərarı açıqladı

28 May 2023 22:50 Qarabağ 3 479
Qurban Qurbanov Şeydayevlə bağlı qərarı açıqladı

"Qarabağ"ın hücumçusu Ramil Şeydayev komandadan ayrılıb.

Sportinfo.az xəbər verir ki, bu barədə jurnalistlərə Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov məlumat verib. Qurbanov çempionluq kuboku təqdim olunandan sonra 27 yaşlı forvardı qucaqlaması haqda danışarkən onunla vidalaşdığını bildirib. 51 yaşlı mütəxəssisin sözlərinə görə, Ramil karyerasını ölkə xaricində davam etdirəcək:

"Bəli, daha çox vida görüşünə oxşayırdı. Anidən olan bir şey idi. Ramili çox istəyirəm. O, kişi xarakterli bir futbolçudur. Bəlkə də üzdən görünmür, Ramil çox vətənpərvər biridir. O, azərbaycanlılara çox böyük dəyər verir. Həmişə çalışır ki, lazım olan yerlərdə öndə olsun. Milli komandaya kimi biz onunla "Qarabağ"da bir yerdə olmuşduq. Bir-birimizə təşəkkür elədik. Bizim söhbətimiz olmuşdu. Nə mən ondan ayrılmaq istəyirdim, nə də o məndən. Sadəcə bəzən elə nüanslar olur ki, biz buna hazır olmalıyıq. Təkcə futbolçu yox, kollektivimizdən əsl vətənpərvər, əsl azərbaycanlı, idmançı xarakteri olan birini böyük ehtimalla başqa ölkəyə yola saldıq. İkimiz də duyğulandıq".

Qeyd edək ki, Ramil Şeydayevin Taylandın "Buriram Yunayted" klubuna keçəcəyi gözlənilir.

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı